Paşinyanın Stoltenberqə “məktubu”: Ərazilərin 50%-ni Azərbaycana qaytarmağa hazırıq... | 1news.az | Xəbərlər
Siyasət

Paşinyanın Stoltenberqə “məktubu”: Ərazilərin 50%-ni Azərbaycana qaytarmağa hazırıq...

12:25 - 08 / 07 / 2019
Paşinyanın Stoltenberqə “məktubu”: Ərazilərin 50%-ni Azərbaycana qaytarmağa hazırıq...

Yaxın günlərdə sosial şəbəklərdə Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenberqə məktubu yayılmışdı.

“Məktubda” Paşinyan NATO-nun baş katibi ilə Yerevanın alyansla yaxınlaşması planlarından, bu yolda başlıca maneənin “erməni qoşunlarının Azərbaycanın mübahisəli ərazilərində” olmasını, guya il ərzində “hərbçilərin oradan uzaqlaşdırılacağından” bəhs edib.

Paşinyan həmçinin Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsinin qaytarılacağı niyyətindən də bəhs edir”:

“Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılması və mübahisəli ərazilərin Azərbaycan tərəfinin nəzarətinə verilməsi planı çərçivəsində Yerevan tərəfindən Dağlıq Qarabağın dəstəyilə bağlı məqsədəuyğunluq məsələsi haqqında ümumxalq referendumu təklif olunacaq. Bu təşəbbüs sözsüz ki, Ermənistanın böyük əksəriyyət vətəndaşlarında mənfi reaksiya yaradır.

Əgər məktuba inansaq, daha sonra o, NATO baş katibindən “Azərbaycanla bağlı öhdəliklərin yerinə yetirilməsində köməklik göstərilməsini” istəyir. Buna əsasən, onun tərəfindən Dağlıq Qarabaq ərazilərinin 50 faizinə ciddi nəzarət bərpa olunacaq.

Bununla yanaşı o, “Dağlıq Qarabağın qalan hissəsinin muxtariyyət statusu alınmaqla neytral zona olması ilə bağlı Ermənistanın rəhbərliyinin razılığı təsdiq edir”.  

 “Məktub” erməni icmasında coşqun reaksiyalar yaratdı: bəziləri Paşinyanı əraziləri qaytarmaqda, digərləri isə Dağlıq Qarabağda separatçı rejim nümayəndələri və “qondarma Qarabağ klanının” hakimiyyətə qarşı əlbir planlarının qarşısını almaqda ittiham etdilər. Digər qisim isə hesab edir ki, Paşinyanın bütün vədlərində məğlubiyyətlə qarşılaşdığı üçün Dağlıq Qarabağ məsələsindən tezliklə yaxa qurtararaq, Ermənistanda rəhbərliyini qorumağa diqqətini cəmləşdirmək istəyir.

Bu cür düşünməyə onların əsası var: heç kəsə sirr deyil ki, Paşinyanın hakimiyyətdə olduğu müddətdə o, “iqtisadi inqilab”, əhalinin gəlirlərinin artımını vəd etsə də, Ermənistanda yaxşı mənada heç nə dəyişmədi. Korrupsiya ilə mübarizə sahəsində də Paşinyanda heç nə alınmadı. Bu cür məğlubiyyətdən sonra Paşinyanın “Qarabağ klanı” tərəfindən devrilməsilə bağlı söz-söhbətlər yarandı. Bu məqamda onda Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı gözlənilməz fikir yaranır. Bu barədə o, guya ki, NATO baş katibinə “məktubunda” bildirir”.

Bu, həqiqətən də belədirmi? Sosial şəbəkələrdə yayılan “məktubun” arxasında hansı qüvvələr dayanır? Onların məqsədi nədir? Bu işdə Qarabağ separatçılarının əli varmı? Bununla da onlar Moskvanı Paşinyanın NATO ilə yaxınlaşma planlarından xəbərdar edirmi?

1news.az bütün bu suallarla bağlı siyasi icmalçı Fərhad Məmmədova müraciət edib:

“Çox güman ki, bu saxta məktubdur. Bunu Paşinyanın yazılı formada NATO nümayəndəsinə ünvanladığı məktubun quruluşu da təsdiq edir. Birincisi məktubun yayılma mənbəyi. Məktub qondarma Dağlıq Qarabağın Ermənistanın hazırki rəhbərliyinə yaxın “siyasətçiləri” tərəfindən yayılıb. Nəzərə alsaq ki, məkbubda erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının dəqiq vaxtı göstərilibsə, bunun “Qarabağ klanının” növbəti məlumat toplusu hesab etmək olar. Onlar bununla Paşinyanı əraziləri qaytaran insan obrazı yaratmaqla Ermənistan ictimaiyyətinə ismarış yollayır”.

F.Məmmədovun sözlərinə görə, məkbtubun saxta olmasının digər maraqlı məqamı da NATO nümayəndəsinə ünvanlanmasıdır:

“Qarabağ klanının” bu ismarışı Rusiyaya yönəlib. Burada Paşinyanın DağlıqQarabağ münaqişəsinin nizamnlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsində NATO ilə açıq danışması göstərilir”.

Politoloq qeyd edib ki, Rusiyanın öz müttəfiqlərinin, həmçinin Ermənistanın NATO ilə istənilən münasibətlərindən narahatdır.

Həmçinin politoloqun fikrincə, sosial şəbəkələrdə yayılmış Paşinyanın bu məktubu ilə “Qarabağ klanı” Ermənistan baş nazirinin fəaliyyətindən narazılığını və Moskvanın səhv siyasətinə diqqət yetirməsi vurğulanır:

“Qarabağ klanının son bir neçə ayda fəaliyyətinə diqqət yetirmək kifayətdir: Ermənistanın sabiq prezidenti Koçaryanın Rusiyanın rəsmi və qeyri-rəsmi dairlərindən dəstək alması, Rusiya səfirinin Ermənistanda onunla görüşməsi. Rusiyanın iri “Sistema” AFK şirkətinin direktorlar şurasında saxlanması bir daha Koçaryanın Rusiyadan hərtərəfli dəstəyini nümayiş etdirir”.

F.Məmmədovun sözlərinə görə, Paşinyanın Rusiya ilə həll etmək üçün cəmi üç ayı var – oktyabrın 1-də Rusiya prezindenti Vladimir Putinin Ermənistana rəsmi səfəri planlaşdırılıb:

“Üç ay müddətində Paşinyan Ermənistan-Rusiya münasibətlərinin bir sıra mövqelərinə aydınlıq gətirməlidir: Rusiyanın Ermənsitanda strateji aktivləri məsələsi; Rusiya qazının qiymət məsələsi; həmçinin Paşinyanı rəsmi olaraq 60 milyon dolları oğurlamaqda ittiham edən “Cənubi Qafqaz dəmir yolu xətti” şirkəti ilə münasibətlərin nizamlanması məsələsi”.

F.Məmmədov sözlərinə əlavə edib ki, ən başlıcası isə Koçaryan məsələdir:

“Rusiya XİN və ekspert cəmiyyəti tərəfindən dəstək də var. Onlar açıq şəkildə Ermənistanın sabiq prezidentinin siyasiləşdirilməsinin Rusiyada narahatlıq doğurduğunu bəyan edir. Bu məsələdə də irəliləyiş yoxdur, əksinə böhran getdikcə dərinləşir. Hazırda Ermənistan-Rusiya münasibətlərində müsbət element erməni sülhməramlılarının Rusiyanın rəhbərliyi ilə Suriya əməliyyatlarında iştirakıdır”.

“Üç ay ərzində Paşinyan seçməlidir: bu məsələ ilə bağlı Rusiya ilə mübarizə aparmalalıdır, yoxsa bir-birinin ardınca daxili siyasətə görə öz reytinqinə xələl gətirərək Rusiyanın istəyini tamamilə yerinə yetirməli. Bu halda artıq o, bir zamanlar Ermənistanın üçüncü prezidentini ittiham etdiyi Serj Sarkisyanın rolunda çıxış edəcək”, - deyə politoloq sözlərini xülasələndirdi.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1139

Son xəbərlər

TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58
Bütün xəbərlər