Prezident Nursultan Nazarbayev həmyerlilərimizi orden və medallarla təltif edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Nursultan Nazarbayev həmyerlilərimizi orden və medallarla təltif edib - FOTO

15:30 - 15 / 12 / 2018
Prezident Nursultan Nazarbayev həmyerlilərimizi orden və medallarla təltif edib - FOTO

Dekabrın 16-sı Qazaxıstanın müstəqilliyinin 27-ci ildönümü günüdür.

Bu bayram münasibətilə ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə böyük töhfə verilməsində göstərdikləri xidmətlərə görə müxtəlif sahələrdə çalışanlar mükafatlandırılıb.

Nursultan Nazarbayevin Sərəncamı ilə mükafatlandırılanlar arasında altı azərbaycanlı da var. Onlar ölkənin inkişafında göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif ediliblər. Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata - II dərəcəli dostluq ordeninə layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır.

Qazaxıstanın iqtisadi nailiyyətlərində xidmətlərinə görə Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da medal və mükafatlarla təltif olunublar.

Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Prezident Nursultan Nazarbayev hər zaman Azərbaycan icmasına xüsusi diqqətlə yanaşır. Dövlətlərimizin başçılarının səyləri nəticəsində ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib.

Qarşılıqlı münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək.

Qazaxıstan Xalqlar Assambleyasında Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir.

Qazaxıstanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində çalışanlar, ö cümlədən yüksəkvəzifəli məmurlar arasında həmyerlilərimiz də var.

AZƏRTAC

Paylaş:
562

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər