Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir

15:02 - 23 / 11 / 2017
Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir

Bu il Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edirlər. Bu illər ərzində ölkələrimiz nəzərəçarpacaq nəticələr, sürətli iqtisadi artım və sosial-siyasi sabitliy əldə edib.  Qazaxıstanla Azərbaycan arasında, qarşılıqlı etimad və bərabərliyin sinoniminə çevrilmiş mehriban qonşuluq münasibətləri yaranıb. Şübhəsiz, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələrin təməli Qazaxıstan Prezidenti – Yelbası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən qoyulub. Bu gün əlaqələr Prezident  İlham Əliyevin töhfəsilə möhkəmlənir və inkişaf edir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə stratejı əməkdaşlıq və tərəfdaşlıq ilə xarakterizə olunub. 2005-ci ildə Bakı şəhərində imzalanmış müttəfiqlik münasibətləri və strateji tərəfdaşlıq haqqında müqavilə bunu təsdiq edir.

Qazaxıstan və Azərbaycan prezidentləri müntəzəm olaraq ikitərəfli görüşlər keçirir, habelə inteqrasiya strukturları və beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif meydanlarda görüşürlər. Bu il də yüksək səviyyədə görüş keçirilmişdir: 3 aprel tarixində Qazaxıstanprezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib və Qazaxıstan lideri Azərbaycan Respublikasının ali mükafatı – “Heydər Əliyev” Ordeni ilə təltif olunub.

Dövlət başçıları səfərə yüksək qiymət veriblər. Konstruktiv dialoq baş tutub və tərəflər ikitərəfli və regional əməkdaşlığın aktual məsələləri üzrə ortaq məxrəcə gəliblər, ölkələrimizin iqtisadi və tranzit-nəqliyyat potensialının reallaşdırılması imkanlarını müzakirə ediblər.

Ölkələrimizin hökumət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərlərin, parlamentlərarası əməkdaşlığı daimi təcrübə halını alıb. Müdafiə idarələrinin, hüquq-mühafizə qurumlarının, milli təhlükəsizlik orqanları, gömrük xidmətləri və digər qurumların xətti ilə, həmçinin, əməkdaşlıq davamlı olaraq inkişaf edir.

İqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafına, iqtisadi inkişaf üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyası yardım edir. Komissiyanın tövsiyələri ikitərəfli əməkdaşlığın energetika, tranzit və nəqliyyat sistemi, kənd təsərrüfatı, təhsil və turizm sahəsində ticari-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini əhatə edir.

Bu gün Qazaxıstanda, Azərbaycan kapitalının iştirakı ilə, 700-dən çox fəaliyyət göstərən şirkət qeydə alınıb. Ölkələrimiz arasında mövcud olan müqavilə-hüquq bazasında 60-dan çox sənəd vardır.  Söhbət dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər, idarələrarası sənədlər, həmçinin, siyasi əlaqələrimizin təməlini təşkil edən, konvensiyalar, protokollar, memorandumlardan gedir.

Dil, mədəniyyət, adətlərdə vahid türk köklərinə sahib olan ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı, YUNESKO və İSESKO, Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Şurası, Beynəlxalq Türk Akademiyası çərçivəsində uğurlu əməkdaşlıq göstərirlər.

Qazaxlarla azərbaycanlılar arasında mövcud olan dərin hörmət haqqında danışarkən, bir faktı qeyd etməmək olmaz ki, hələ 2000-cı illərin əvvəlində, yeni paytaxt statusunu alan, Astana şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adına küçə yaradılıb. Ölkəsinə qarşı göstərdiyi vətənpərvərlik, görkəmli siyasətçinin və xalqının layiqli oğlunun əldə etdiyi nailiyyətlər qazaxıstanlılarda səmimi hörmət hissləri doğurur. Öz növbəsində, Bakı küçələrindən biri böyük qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin şərəfinə adlandırılıb. Bu, bizim bir birinə oxşayan mənəvi dəyərlər və xalq irsini simvollaşdıran layiqli addımdır.

Qazaxıstan və Azərbaycanı həmişə səmimi və hörmətcil və əməkdaşlıq münasibətləri bir-birinə bağlayıb. Ölkələrimiz  qarşılıqlı olaraq xarici siyasət təşəbbüslərinə dəstək göstərib. Bununla əlaqədar olaraq, Azərbaycanın, “Astana EKSPO-2017” xüsusi sərgisində  iştirakını birinci təsdiq edən ölkə olduğunu qeyd etməkdən sevinc duyuruq. Vurğulamaq lazımdır ki, Azərbaycanın milli pavilyonu ziyarət olunan pavilyonların ilk beşliyində yer alıb və bu qazaxıstanlıların və xarici qonaqların Azərbaycana olan marağınının göstəricisidir.

Bundan əlavə, Azərbaycan Qazaxıstanın BMT-nin Təhlükəsizlik Şurasına 2017-2018-ci illər ərzində qeyr-daimi üzvlüyünə namizədliyini əvvəlcədən dəstəkləyib. BMT Təhlükəsizlik Şurasında üzvlük təcrübəsinə malik olan Azərbaycan bu hadisənin mühümlüyünü və vacibliyini dərk edir.

Öz növbəsində, Qazaxıstan Ümumdünya Turizm Təşkilatının İcraiyyə şurasının sədri vəzifəsinə də Azərbaycanın lehinə səs verdi.

Ümumi tarixi köklər və mədəniyyət ilə yanaşı, bizi mehriban qonşuluq əlaqələrin inkişaf olunmasına yönəlmiş yorulmaz iradə və əzmkarlıq birləşdirir. Bu da Qazaxıstanın və Azərbaycanın hər iki ölkənin xarici siyasətində prioritet istiqamətlərin olduğuna daha bir səbibdir.

Beybit İsabayev 

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

 

Paylaş:
887

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər