Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO

16:09 - 21 / 06 / 2018
Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO

Ermənistanın xüsusi xidmət orqanlarının iyunun 18-də Qarabağ klanının hərbi cinayətkarlarından biri – general Manvel Qriqoryanın həbs etdi.

O, Eçmiədzindəki evində çoxlu sayda silah-sursat saxlamaqda ittiham olunur.  Silahlarla yanaşı, onun evində bahalı retro maşınlar, qar motosikletləri, qəfəslərdə vəhşi heyvanlar da aşkar edilib. Həmçinin ön cəbhə əsgərləri üçün nəzərdə tutulmuş ərzaq da olub.

Ermənistan Milli Məclisinin deputatı olan Manvel Qriqoryan müharibə illərində dinc azərbaycanlı sakinlərin öldürülməsi və işgəncələrə məruz qalmasında iştirak edib. Həmçinin o, Dağlıq Qarabağda evlərin yarılmasında da iştirak edib.

90-cı illərdə Qriqoryan Eçmiədzində və Armavir vilayətində ən nüfuzlu şəxslərdən biri olub. Buradan o, Ermənistanın Respublika Partiyası və sabiq prezident Serj Sarkisyan üçün səslər toplayıb.

Fotoda: Ermənistanın eks prezidenti Serj Sarkisyan və general Manvel Qriqoryan.

Qriqoryan etiraf edir ki, Qarabağ müharibəsindən sonra Ermənistana minlərlə azərbaycanlı əsirlərlə qayıdıb. Onlardan birini öz evində əsir saxlayıb. Bu haqda o, Ermənistanın “Azadlıq Radiosu”nda müsahibəsi zamanı bildirib:

“Bəli. Minlərlə əsir saxlamışam. Simon (bu adı əsirə Qriqoryan verib) adlı yeniyetməni 4 il evimdə saxlamışam”.

Qriqoryanın həbsilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib:

“Ermənistan müdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib”.

Hikmət Hacıyev: Manvel Qriqoryan Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak edib

Əsgərlərin konservalarını oğurlayan Qriqoryanın həyat yoldaşı ifşa edildi

Azərbaycanlı politoloq və deputat Rasim Musabəyov qeyd edib ki, Ermənistanın hazırki rəhbərliyi bugünkü ifşalarla bağlı özünə imic qazanmağa çalışır:  

 “Orada 25 il hakimiyyətdə kriminal-quldur rejim olub. İndi isə yeni hakimiyyətin quldurları ifşa etdiklərinə görə alqışlayaq”.

R.Musabəyov Qriqoryan Azərbaycan ərazisində törətdiyi cinayətləri tək etməyib, birbaşa Sarkisyanın himayədarlığı ilə edib:

 “Hər zaman ermənilərə yumşaq davranılıb, onların terrorçu əməllərinə göz yumulub, məhkəmədə bəraət verilib, həbsdən azad edilib”.

Azərbaycan Milli Elmlər Akademiyasını Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri Aytən Mustafazadə bildirib ki, Ermənistan siyasətinin yürütdüyü hərbi cinayətkarların qəhrəmanlaşdırılması ölkə sakinləri üçün təhlükə mənbəyinə çevrilib:

“Sabiq prezident Serj Sarkisyanın Ermənistanda hakimiyyəti illərində Ermənistanda bir sıra cinayətkarlar qəhrəmanlaşdırılıb. Nümunə üçün, Yerevanda heykəli qoyulmuş Qareqin Ndje”.

A.Mustafazadə qeyd edib ki, bu gün Ermənistanda qondarma “qəhrəmanlardan” çəkinməyə başlanılıb:

“Həbs edilmiş general Qriqoryanın evində çoxlu sayda silah-sursat saxlanılması faktı onun müəyyən planları olduğunu göstərir. Ola bilsin ki, onun tabeliyində olan bir sıra insanlar ölkədə müəyyən hadisələr törətmək üçün əmr gözləyib. Beləliklə də, cinayətkarların qəhrəmanlaşdırılması ölkə sakinləri üçün təhlükə mənbəyinə çevrilməyə başlayır”.

Azərbaycanlı politoloq İlqar Vəlizadə qeyd edib ki, Ermənistanda Manvel Qriqoryan və ölkənin sabiq rəhbərlərinin ümumilikdə qalmaqalı erməni cəmiyyəti üçün 90-cı illərdə hakimiyyətdə cinayətkar, oğruların olduğunun sübutudur və bundan müəyyən nəticələr çıxarılmalıdır:

 “Uzun illər onları Qarabağ müharibəsi “qəhrəmamanları” adlandırıblar. Lakin faktlar bu insanların Azərbaycan torpaqlarınını işğal edən, başqların malını talan edənlər kimi göstərir.  

Politoloqun sözlərinə görə, Qriqoryan epizodu erməni cəmiyyətinə Ermənistanın yeni tarixinin qiymətləndirilməsinə və radikal nəticələr verməyə imkan verir:

 “Hamı erməni siyasətində və Ermənistan ordusunda kimin kim olduğunu çox yaxşı bilir. Əgər Paşinyan “göstərişli çıxışlarla” məhdudlaşmayaraq irəli gedərsə, o zaman Ermənistanı hələ çox sarsıntılar gözləyir”.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1287

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər