SAM-ın Erməni saxtakarlığının ifşasına dair yeni kitabı işıq üzü görüb | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın Erməni saxtakarlığının ifşasına dair yeni kitabı işıq üzü görüb

10:25 - 22 / 02 / 2018
SAM-ın Erməni saxtakarlığının ifşasına dair yeni kitabı işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin müəllifləri olduqları “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı çapdan çıxıb.

1news.az-ın SAM-ın saytına istinadla verdiyi xəbərə görə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.

Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi gerçəkliklərin total şəkildə təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib. Bu gün Cənubi Qafqaz regionunda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası və ya mənimsəmə cəhdləri olmasın. Bu saxtakarlıq cəhdləri təkcə ərazi iddialarında deyil, Qriqoryan məzhəbinin dini etiqad və atributlarında, Ermənistanın dövlət rəmzlərində, tarixi şəxsiyyətlərində, maddi-mədəni və qeyri-maddi-mədəni irs nümunələrində - tarixi abidələrdə, kulinariyada, xalq tətbiqi sənətində, musiqidə, toponimlərdə, numizmatikada və s. özünü göstərir. İndiyədək Avropa ölkələrində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Azərbaycanda erməni saxtakarlıqlarının həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılıb, bu fəaliyyətin əsl səbəbləri geniş auditoriyaya və elmi ictimaiyyətə çatdırılıb.

Kitaba daxil edilmiş 24 məqalədə erməni yalanları üç əsas istiqamət üzrə ifşa edilir. Birinci istiqamət reallıqdan uzaq olan mif və rəvayətlər üzərində quraşdırılan «qədim erməni tarixi», onun «dövlətçilik ənənələri» və rəmzləri ilə bağlı yalanların elmi dəlillər və faktoloji materiallarla sübutunu əhatə edir. İkinci istiqamət isə ermənilərin qonşu xalqların musiqisini, rəqsini, kulinariyasını erməniləşdirmə cəhdlərinə həsr olunub. Bu materiallarda ermənilərin Bibliya mətnlərini kobud şəkildə təhrif etmələri ilə yanaşı, guya Rəbbin Nuh gəmisi fraqmentini onlara bağışlaması, Dvin şəhərinin «qədim Ermənistanın paytaxtı» olması, ermənilərin xristianlığı İsa Məsih həvarilərindən birbaşa qəbul etməsi, hətta onların İsa Məsihə məktub, onun isə «xristianlığın yaranmasından əvvəl xristian olan ermənilərə öz portretini göndərməsi», İlahə Anahitin hansı səbəbdən Ermənistanın yeni dövlətçilik rəmzinə çevrilməsi, Arşakilərin «erməni sülaləsi», İrəvanın «qədim erməni şəhəri», Göy məscidin, Əmir Səəd məqbərəsinin farsların və etnik türkmənlərin abidəsi, dolma və lavaş kimi mətbəx nümunələrinin «qədim erməni kulinarlarının ixtirası» kimi təqdim edilməsi iddialarına tənqidi münasibət bildirilib.

Üçüncü araşdırma istiqamətində isə 1915-ci ildə Türkiyədə guya 1,5 milyon erməninin soyqırımına məruz qalması, Şərqi Anadoluda qurulan «Cənub-Qərbi Qafqaz Cümhuriyyəti»nin ingilislərin himayəsi altında fəaliyyət göstərməsi, 1905-1906-cı və 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirməsi, 1948-1953-cü illərdə Azərbaycan türklərindən ibarət köklü əhalinin Ermənistandan «könüllü şəkildə» köçürülməsi, 1988-1989-cu illərdə orada yaşayan azərbaycanlılara qarşı zorakılıq edilməməsi kimi erməni iddialarına tarixi faktlar və sənədlər əsasında cavablar verilib.

S.Xankişiyeva

 

Paylaş:
1145

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər