Səfir: Azərbaycanın məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün imkanlar araşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanın məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün imkanlar araşdırılır

09:59 - 16 / 07 / 2018
Səfir: Azərbaycanın məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün imkanlar araşdırılır

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi, ticarət, investisiya və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyə kömək edir.

1news.az xəbər verir ki, bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev “Saudi Gazette”yə müsahibəsində deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.

"Biz bir çox regional və beynəlxalq məsələlərdə ümumi fikir mübadiləsi aparırıq, bir-birimizi müxtəlif beynəlxalq təşkilatlarda dəstəkləyirik", - Abdullayev bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə 35,000 Səudiyyə vətəndaşı Azərbaycana səfər edib və bu, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına daxil olan dövlətlər arasında ən yüksək göstəricidir:

"Bu il Səudiyyə Ərəbistanından turist axını daha da artacaq, çünki Krallıqdan ölkəmizə daha çox insan səfər etməyə başlayıb. Viza rejiminin sadələşdirilməsi Səudiyyə vətəndaşlarının Azərbaycana səfərlərini asanlaşdırıb. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqə Riyad, Ciddə, Dəmmam və Qassimdən birbaşa uçuşların həyata keçirilməsi ilə daha da yaxşılaşıb".

Səfir əlavə edib ki, Azərbaycan qeyri-neft iqtisadiyyatının şaxələndirmək üçün səy göstərir və turizm sektoru bu məqsədə çatmaq istiqamətində  perspektivli sektorlardan biridir: "Azərbaycanda turizm sürətlə inkişaf edir və xarici qonaqlar üçün hərtərəfli şərait yaradılıb".

Ş.Abdullayev Azərbaycanın məhsullarının Avropada tanındığını və bu məhsulların Krallığa ixracı üçün imkanların araşdırdığını vurğulayıb.

Səfir əlavə edib ki, Bakı müxtəlif sahələrdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq qurmaqda maraqlıdır, Səudiyyənin işgüzar dairələri müxtəlif imkanlar təklif edən xüsusi sənaye zonalarına baxa bilərlər.

Böyük İpək Yolu və Şimal-Cənub dəhlizini canlandırmaq üçün meqa layihələrdən danışan diplomat, Cənub-Şərqi Asiya və Cənub-Şərqi Avropanın kəsişməsində meydana çıxan yeni bir eksin mərkəzinin formalaşdığını söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa dəmir yolu sisteminə inteqrasiya olunmuş və qısa müddətdə Asiya mallarının Avropaya çatmasına kömək edə biləcək dəmir yolu sistemini inkişaf etdirir.

P.Sultanova

Paylaş:
602

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər