Səfir Daşqın Şikarovun Müstəqillik Gününə həsr edilən məqaləsi | 1news.az | Xəbərlər
Siyasət

Səfir Daşqın Şikarovun Müstəqillik Gününə həsr edilən məqaləsi

14:59 - 18 / 10 / 2018
Səfir Daşqın Şikarovun Müstəqillik Gününə həsr edilən məqaləsi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi ərəbdilli “Ettihad” Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “18 oktyabr tarixində Azərbaycan Müstəqillik Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunub.

1news.az-a səfirlikdən verilən məlumata görə, məqalədə D. Şikarov keçən əsrin əvvəlində 28 may 1918-ci il tarixində Azərbaycanın İslam dünyası və Şərqdə ilk dünyəvi demokratik dövlət qurduğunu, həmin dövlətin yalnız 23 ay yaşadığını, xarici qüvvələrin müdaxiləsi səbəbindən süquta yetdiyini bildirib. Bir sıra dünya dövlətləri Azərbaycan Demokratik Respublikasını tanımış, Azərbaycan dövlətinin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilmiş, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınmışdır.

Müvafiq qanunvericilik aktları ilə Azərbaycan Silahlı Qüvvələri, Xəzər donanması yaradılmış, Bakı Universiteti təsis edilmiş, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılmışdır. Eyni zamanda icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunmuşdur.Azərbaycan Respublikasının dövlət müstəqilliyinə aparan yollardan bəhs edən məqalə müəllifi vurğulayıb ki, SSRİ-nin dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə etmiş, 1991-ci ildə Azərbaycan xalqının müstəqillik əldə etmək üçün apardığı mübarizəsi öz məntiqi nöqtəsinə çatmışdır. Müstəqillik eşqi ilə yaşayan Azərbaycan xalqı ardı kəsilməyən nümayişlərdə iştirak etmiş, 20 yanvar 1990-cı ilin qırğını ilə üz-üzə gəlmişdir. Hətta sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilməmişdir. Yüzlərlə vətənpərvər oğul-qızını qurban verən Azərbaycan yeni həyata qədəm qoymuşdur.


Məqalədə qeyd olunub ki, Azərbaycan Parlamenti 18 oktyabr 1991-ci il tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya aktını qəbul edib. Sözügedən sənədə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Akta əsasən dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquqlar zəmanəti verilib. Vurğulanıb ki, 29 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya aktının dəstəyi barəsində ümummilli referendumda xalqın 95 faizi iştirak etmiş və yekdilliklə ölkənin müstəqilliyini dəstəkləyib. Bundan sonra dünya ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, müstəqilliyini elan etmiş Azərbaycan Respublikasını rəsmən tanımış, nəhayət 2 may 1992-ci ildə Azərbaycan BMT-nin tam hüquqlu üzvü olub.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulayan səfir Daşqın Şikarov qeyd edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Ölkə rəhbərliyinin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan Cənub və Şimalı, Şərq və Qərbi birləşdirən nəqliyyat qovşağına çevrilib. Müəllif bildirib ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində apardığı islahatlar sayəsində Azərbaycanın sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizmin sahələri dinamik inkişaf etdiyi məqalədə vurğulanıb.


“Ettihad” qəzetində nəşr olunmuş məqalədə Azərbaycanın xarici siyasəti haqqında məlumatlar verilib, ölkənin öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd olunub, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması xüsusi bildirilib.
D.Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirilmiş, siyasət, diplomatiya, iqtisadiyyat, ticarət, maliyyə, mədəniyyət, ədliyyə və digər sahələrdə imzalanmış sənədlər iki ölkə arasında hüquq-müqavilə bazasını təşkil etdiyi qeyd olunub.


Azərbaycan Respublikası və BƏƏ liderlərinin, həmçinin yüksək səviyyəli dövlət rəsmiləri arasında səfər mübadiləsinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini xüsusi qeyd edən məqalə müəllifi, bu təmasların siyasi dialoqu təmin etdiyi və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət etdiyini bildirib. Müəllif iki ölkə arasında ticarət və xalqlar arasında mübadiləsinin ildən ilə artığını vurğulayıb. İki ölkənin aparıcı hava daşıyıcıları olan Azərbaycan Hava Yolları həmçinin BƏƏ-nin Ettihad, Flydubay və Air Arabia hava yolları tərəfindən ölkələrimiz müxtəlif şəhərləri arasında birbaşa hava körpüsü yaratdığını yazıb. Bildirib ki, eyni zamanda Azərbaycan və BƏƏ şirkətləri, iş adamlarının müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı da turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.


Məqalənin tam mətni ilə aşağıdakı keçiddən (5-ci səhifə) tanış olmaq olar.

 

http://alittihad.newspaperdirect.com/epaper/viewer.aspx

Paylaş:
424

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər