Şəkidə ağır qəza: ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə ağır qəza: ölənlər və yaralananlar var

13:45 - 20 / 03 / 2018
Şəkidə ağır qəza: ölənlər və yaralananlar var

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saat 23 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Allahverdi Mustavayevin idarə etdiyi “VAZ 2106” markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.  Daha sonra maşın ağaca yaxınlıqdan keçən qaz xəttinə dəyərək xətti qırıb.

Qəza nəticəsində rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimov ölüb,1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və  1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev isə yaralanıb.

Hadisə yerində ölən və avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaralılardan Pərviz Cəmilovun müalicəsi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Laçın Adamov və Allahverdi Mustafayevin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

1news.az

Paylaş:
1305

Son xəbərlər

Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30
Bütün xəbərlər