Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətinin iclasında çıxış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətinin iclasında çıxış edib

22:13 - 19 / 03 / 2018
Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətinin iclasında çıxış edib

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrədə keçirilən 332-ci iclasının “Birləşmiş Millətlər Təşkilatının islahatı: BƏT üçün nəticələr” və “Dayanıqlı inkişaf üçün layiqli əməyin təşviqi” mövzuları üzrə üzv dövlətlərin yüksək vəzifəli rəsmilərinin çıxışları üçün nəzərdə tutulmuş hissəsində çıxış edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, S.Müslümov bildirib ki, müasir dövrdə əmək sferasının gələcəyinə yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, əmək münasibətlərin tənzimlənməsi, miqrasiya prosesləri, bacarıqların artırılması və təhsil imkanlarının genişləndirilməsi kontekstində praqmatik baxışın formalaşdırılması dayanıqlı iqtisadi artımı, layiqli iş yerlərinin təmin olunmasını və bütövlükdə insan kapitalının inkişafını təmin edən yeni mexanizmlərin yaradılması üçün əsas şərtlərdən biridir. Bunu nəzərə alan Azərbaycan Hökuməti sosial tərəfdaşlarla birgə BƏT-in çağırışına cavab verərək, “Əməyin gələcəyi” təşəbbüsünə öz dəstəyini ifadə edib.

Nazir vurğulayıb ki, Azərbaycanda innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir: “Son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olan Azərbaycan Davos Dünya İqtisadi Forumu tərəfindən 2017-ci il üçün hazırlanan Qlobal Rəqabətqabiliyyətlilik hesabatında iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşıb. Son 12 il ərzində ölkənin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artıb, yeni iş yerləri yaradılıb, əhalinin gəlirləri 5,6 dəfə, minimum əməkhaqqı 5,2 dəfə, orta aylıq nominal əməkhaqqı 4,2 dəfə artıb, işsizlik və yoxsulluğun aşağı səviyyədə saxlanılmasına nail olunub”.

İqtisadi nailiyyətlərin Hökumətə əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmiş siyasi məqsədlərin reallaşdırılmasına imkan yaratdığını qeyd edən S.Müslümov bildirib ki, yalnız ideya deyil, həm də onun reallaşdırılması üçün zəruri olan ictimai dəstək olmasaydı, bu nailiyyətlər əldə oluna bilməzdi: “Layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq”.

Nazir ölkəmizdə qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetirildiyini qeyd edib. O, aparılan siyasətin, ilk növbədə, sosial müdafiə tədbirlərində əhatəliliyin, şəffaflığın və ünvanlılığın təminatına, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslandığını vurğulayıb.

Azərbaycanda 2016-cı ilin sentyabr ayında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradıldığını diqqətə çatdıran S.Müslümov əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsi ilə bağlı ölkəmizdəki iş praktikasının BƏT tərəfindən ən yaxşı təcrübə nümunəsi kimi qəbul olunaraq region ölkələri üçün tövsiyə edildiyini bildirib.

Nazir qeyd edib ki, BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycanda aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması yeni Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir: “2018-ci il 21 may tarixində Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair Azərbaycanda keçiriləcək Beynəlxalq Konfransda dünyada əmək bazarının müxtəlif kontekstində Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər müzakirə olunacaq, bu sahədə BƏT və bütövlükdə BMT ilə gələcək əməkdaşlıq prioritetləri müəyyən ediləcəkdir”.

S.Müslümov Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: “Bu tədbirlər sırasında Azərbaycan Respublikasının yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanmasını, Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi üçün təlim kurslarının təşkilini, gənclərin məşğulluq imkanlarının artırılmasına yönəldilmiş bir çox layihələrin icrasını, əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində BƏT-lə birgə fəaliyyətin həyata keçirilməsini xüsusilə qeyd etmək istərdim. Azərbaycanın özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsində təcrübəsi də BƏT tərəfindən region ölkələri üçün ən yaxşı nümunə kimi göstərilmişdir”.

Nazir qeyd edib ki, Azərbaycanın BƏT-in siyasətini müəyyən edən orqanda, yəni bu Təşkilatın İnzibati Şurasında təmsil olunmaq hüququ qazanması ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür. BƏT-in Baş direktoru cənab Qay Rayderin Azərbaycana bu ilin 21 may tarixində ilk rəsmi səfəri və onun Beynəlxalq Bakı Konfransında iştirakı Azərbaycanla BƏT arasında əməkdaşlıqda yeni bir irəliləyiş olacaqdır: “Azərbaycan, paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması təşəbbüsünü irəli sürüb. “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” devizi altında keçiriləcək bu tədbirin əsas fokusu qlobal nöqteyi nəzərdən hər bir fərd, hər bir cəmiyyət və hər bir ölkə üçün böyük əhəmiyyət kəsb edən insan kapitalının inkişafına, təhsilə və əməyin gələcəyi məsələlərinə yönəldiləcəkdir. Fürsətdən istifadə edərək, sizləri Azərbaycanı bu təşəbbüsdə dəstəkləməyə dəvət edirəm”.

S.Müslümov davamlı olaraq əmək münasibətlərinin demokratikləşməsini həyata keçirən Azərbaycanda növbəti inkişaf mərhələsində də sosialyönümlü inkişafa daha çox üstünlük veriləcəyini vurğulayıb.

Qeyd edək ki, iclasın gündəliyinə BƏT-in Baş direktorunun “İxrac emalı zonalarında layıqli əməyin təşviqi, fundamental prinsipləri və işçilərin iş hüquqlarının müdafiəsi” mövzusunda məruzəsinin, Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasının gündəliyinin müzakirəsi və təsdiqlənməsi daxildir. Həmçinin tədbirdə institusional və hüquqi, beynəlxalq əmək normaları, proqram, maliyyə, idarəetmə, siyasətin formalaşdırılması məsələləri ətrafinda müzakirələr aparılır.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər