Səməd Seyidov: Ermənistanın hazırkı hökuməti zorakılığa söykənir | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Ermənistanın hazırkı hökuməti zorakılığa söykənir

16:42 - 19 / 04 / 2018
Səməd Seyidov: Ermənistanın hazırkı hökuməti zorakılığa söykənir

Ermənistanda baş verən dramatik hadisələr günbəgün inkişaf etdikcə, Serj Sarkisyanın illərlə qurduğu sistemdən iki əlli yapışması açıq-aydın nəzərə çarpır.

Siyasi intriqa və təxribatlara öyrəşmiş Sarkisyan “yuxarıda yeri yox, aşağını da bəyənmir”  vəziyyətinin yarandığını aydın şəkildə anlayır. Ermənistan paytaxtında yaranmış vəziyyətin “narıncı inqilab” və ya başqa bir hadisəyə çevriləcəyini isə zaman göstərəcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistanda yaranmış vəziyyətlə bağlı öz fikir və proqnozlarını bizimlə bölüşüb:

- Səməd müəllim, neçə gündür Yerevan küçələrində baş verən hadisələri nə ilə əlaqələndirərdiniz?

- Tez, ya da gec bu, baş verməli idi. Məsələ burasındadır ki, Ermənstanda baş verən hadisələr hansısa islahatlarla bağlı deyil. Bu, sadəcə ölkəni böhrana sürükləyənlərin hakimiyyətdə qalmaq cəhdidir.

Əlbəttə ki, xalq bunu görür. Və bu gün Yerevanda baş vermiş hadisə xalqa qarşı zülmün etirazıdır.

Lakin burada bir problem də var. Fikrimcə, bundan sonra da Ermənistanda köklü dəyişikliyin olacağını gözləmək lazım deyil. Çünki orada hakimiyyət xalqla hesablaşmayan hərbçilərin əlindədir. Proqnozlara gəlincə, mənə elə gəlir ki, Ermənistdan yaranmış vəziyyət öz xalqı üzərində zorakılıqla bitəcək.

- Yəni, Sarkisyan 2008-ci ildə olduğu kimi, etirazçıların güllələnməsinə imkan yaradacaq?

- Cavab elə sualda da bitir. Əgər o, 2008-ci ildə bu addımı atıbsa, indi də asanlıqla ata bilər.

Məsələ burasındadır ki, onuncun başqa çıxış yolu yoxdur. Çünki, Azərbaycan torpaqlarının işğalı, Qarabağ məsələsi, seçkilərdə səslərin alınması, 2008-ci il hadisələri, öz xalqının güllələnməsi – bütün bunların arxasında güc dayanır.

- Necə hesab edirsiniz, bugünkü Ermənistan hökuməti nə dərəcədə zəifdir? Və bu vəziyyət nə cürsə, Qarabağın nizamlanması məsələsinə təsir göstərə bilərmi?

- “Zəif hökumət” məsələsi ilə razılaşmıram. Bu, hakimiyyətə mandata sahib olmaqla gələnlərə aiddir. Sarkisyanın isə mandatı yoxdur. O, xalqdan mandat almayaraq həbrçilərin gücü ilə gəlib.

Məsələ burasındadır ki, bu “dövlətdə” sərbəst daxili siyasət məsələləri baş vermir. Ermənistanın bütün faciəsi də bundan asılıdır.

Və ehtiyac yaranarsa, güc tətbiq olunacaq. Fərz edək ki, “xalq kütlələri” vəziyyətə təsir etdi və hakimiyyətə kimsə gəldi. Nəticə etibarilə bu qərarı xalq verməyəcək. Ermənistan adı altında hansısa güclər həyata keçirəcək. Sonda xalq elə həmişəki kimi heç nəsiz qalacaq.

- Ermənistandakı hazırki prosesləri daxili qüvvələrin idarə etməsilə əlaqələndirirsiniz?

- Ermənistanda baş verən hadisələr bunun göstəricisidir. Buna görə də Ermənistanda baş verən bütün hadisələr idarə olunur və bir məqsədə söykənir.

- Bütün bunların arxasında nə dayanır? Baş verənlər nəyə lazımdır?

- Çox sadə. Bütün bunların arxasında istər daxili, istərsə də xarici qüvvələrin güclənmə cəhdi, eləcə də, ölkədəki vəziyyətin onların iradəsindən asılılığını nümayiş etdirməkdir.

Ola bilsin ki, birada ikili “diplomatik addımlar” rol oynayıb. Bir tərəfdən Rusiya ilə Ermənistan hərbi qoşunlarının birləşdirilməsilə bağlı razılaşma, digər tərəfdən də Avropa Birliyi ilə razılaşma.

Ola bilsin bu, Ermənistanın bütün işlərində kömək edən “yaxın qonşusunun” siyasi dəstəyindən qaçmaq cəhdidir.

Hazırki vəziyyətdə bütün variantlar mümkündür. Sarkisyanın baş nazir kimi hakimiyyətə gəlsə də, gəlməsə də, istənilən halda xalq qələbə qazanmayacaq.

- Təkrarlasam da, Ermənistandakı hazırki vəziyyət Dağlıq Qarabağ məsələsinə təsir göstərəcəkmi?

- Qarabağ prosesinə yalnız bir məqam təsir edə bilər – Azərbaycanın güclənməsi. Yəni ölkəmizin geosiyasi, iqtisadi, mədəni, təhsil və s. aspektlərdən güclənməsi. Ermənistandakı vəziyyət nöqteyi-nəzərindən isə düşünmürəm. Əgər bu, Ermənistanda müstəqil surətətdə baş versəydi, ola bilsin ki, danışıqlar prosesnə də təsir göstərə bilərdi.

Sadə bir nümunə, buqələmun rəngini dəyişsə də, mahiyyətcə dəyişmir. Beləcə də, Ermənistanda baş verən hadisələr sadəcə “rəng” dəyişikliyidir.

Hazırda danışıqlar prosesinə Ermənistan deyil, yalnız Azərbaycanın mövqeyi, dünyada Rusiyaya qarşı baş verən hadisələr, Türkiyə, ABŞ, İran – yəni real geosiyasi oyunçular təsir göstərə bilər.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
519

Son xəbərlər

Gəncədə yanğın hadisəsi baş veribBu gün, 14:43Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər