SENSASİYALI İDDİA: İnsan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın... | 1news.az | Xəbərlər
Dünya

SENSASİYALI İDDİA: İnsan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...

21:45 - 23 / 04 / 2018
SENSASİYALI İDDİA: İnsan yadplanetlidən əmələ gəlib və ilk olaraq qadın...

Səmavi dinlərdə qeyd olunur ki, Tanrı Həvvanı Adəmin qabırğasından yaradıb. Ateistlər illər boyu buna barmaqarası yanaşsalar da bugünkü tədqiqatçılar dini rəvayətləri əsassız saymırlar.

Belə bir fərziyyə mövcuddur ki, ilk qadın Yer üzündə məhz kişilərin sayəsində yaradılıb, amma bu planetdəki deyil, başqa dünyadan gəlmiş kişilərin!

Belə ki, təqribən 80 il bundan qabaq amerikalı antropoloqlar Lin və Berqer mağara insanlarının sümük qalıqlarını araşdırarkən heyrətə gəlmişdilər.

1news.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb ibtidai qadınların iki deyil, dördayaqlı olması faktı imiş. Tapılan sümüklər belə deməyə əsas verir. Amma kişilər elə əvvəldən ikiayaqlı, dik gəzən olublar.

Bundan qaynaqlanan araşdırmaçılar maraqlı bir mülahizə irəli sürüblər: təxminən 60 min il bundan qabaq Yer Kürəsinə yadplanetli kişilər gəliblər. Onlara qadın lazım olduğu üçün axtardıqlarını bu dünyada da tapa bilmədiklərindən dişi meymunları “insan”laşdırıblar.

Sual yarana bilər ki, bəs yadplanetlilərin öz dünyasında qadın yox idi? Alimlər güman edirlər ki, bu kişilər öz dünyasından qovulmuş canilər, üsyankarlar ola bilərdi. Ya da Yer Kürəsinə enməyə məcbur olmuşdular. Yaxud elmi təcrübə aparırdılar. Yəni hansısa səbəbdən öz planetlərinə qayıda bilmədikləri üçün burada qadına ehtiyacları varmış.

Hər halda yadplanetlilər həmin zamanda gen texnologiyasına malik idilər, ona görə də dişi meymunu dörd ayaqdan ikiyə qaldıra bilmişdilər. Ümumiyyətlə, qədim insanların məişətə, tibbə, təbiətə aid bir çox şeyləri gəlmələrdən öyrəndiyi məlumdur. Məsələn, qədim insanlar tunc dövründə demək olar ki, dünyanın hər bir guşəsində eyni anda tuncdan alətlər düzəltmişdilər. Rabitənin, okeanları üzüb-keçəcək nəqliyyatın olmadığı bir dönəmdə dünyanın bu başındakı insan o bir ucundakının nə düzəltdiyini, hazırladığını haradan bilirdi? Kim bu yeni qabiliyyətləri dünyanın hər tərəfinə yayırdı? Bunu Buddist mənbələr də təsdiqləyir. Onların Tanrı dedikləri varlıqlar dini rəvayətlərində gümüşü qabda uçub gəlmiş, qüdrətli məxluqlar kimi təsvir olunur. Sonra dini mənbələrində bildirilir ki, “Onlar bizə torpaq əkməyi, ev tikməyi, əşyalar hazırlamağı, xəstə sağaltmağı öyrətdilər...” Təbii ki, qədim insanlar “yadplanetli”, “elmi-təcrübi”, “texnologiya” və s. sözlərdən, fəaliyyətlərdən xəbərdar olmadıqları bir vaxtda bu cür varlıqları tanrı hesab edəcəkdilər.

Bu, hələ son deyil! XIX əsrin ortalarında Bullos və Kilmor ABŞ-ın Kentukki ştatında, bərkimiş vulkan lavasının üstündə insan ləpirinə bənzər iz tapmışdılar. Amma araşdırmalar göstərmişdi ki, həmin ləpir düz 300 milyon il əvvələ aiddir. Bəs elmi nəzəriyyəyə görə həmin tarixdə Yerdə insan nədir, heç canlı orqanizm də yox idi?! Deməli, bu ləpir insana aid deyildi, başqa planetin varlıqlarına məxsus idi.

Görünür, insanlıq tarixi heç də bizim düşündüyümüz kimi deyilmiş. Belə ki, amerikalı tədqiqatçı Zəkəriyyə Sitçin iddia edir ki, insan Nibir planetindən gəlmiş məxluqların “gen mühəndisliyi” sayəsində yaradılıb. Təxminən 300 min il əvvəl onlar Yer Kürəsinə gələrək buranın təbii resurslarından istifadə ediblər. Amma onlar öz ağır işlərində çalışdırmaq üçün kölələrə gərək duyulurdu. Bunun üçün insanabənzər meymunların əməyindən yararlanırdılar. Amma əvvəlcədən bu insanabənzər heyvanların genlərində dəyişiklik etmək lazım idi. Xüsusilə də ağır işləri görmək üçün onlara güclü məxluq – kişi lazım idi. Daha sonra yaradılmış məxluqların çoxaldılması üçün onun dişisini yaratmağa ehtiyac vardı ki, beləliklə də kişi xromosomları vasitəsilə meymunların dişisindən ilk qadınlar yaradılır. Sonrası isə məlumdur... İnsan nəsli beləcə çoxalıb davam edir.

1news.az

Paylaş:
1994

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər