Sevimli Bala ad günü münasibəti ilə xeyriyyə konserti təşkil edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevimli Bala ad günü münasibəti ilə xeyriyyə konserti təşkil edib – FOTO

10:15 - 16 / 03 / 2018
Sevimli Bala ad günü münasibəti ilə xeyriyyə konserti təşkil edib – FOTO

Martın 15-i Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Sevimli Bala layihəsinin 4 illiyinə həsr olunan “Yuxu” adlı xeyriyyə konserti baş tutub.

Bayram konserti Sevimli Bala uşaq klubları şəbəkəsinin peşəkar komandası tərəfindən təşkil olunub və ən yaxşı şagirdlərin iştirakı ilə keçirilib. 

Tədbir teatrın foyesində art-sinifi və Gənc Modelyer kursu şagirdlərinin işlərindən ibarət olan kiçik sərgi ilə başlayıb. Sərgi zamanı qonaqlar gənc istedadların gözəl əsərlərinə və ustalıqlarına tamaşa edə biliblər. Daha sonra, qonaqları əsl musiqili tamaşa və əsrarəngiz yuxu dünyasına səyahət gəzləyirdi. Səhnə ard-arda çıxış edən istedadlı uşaqların yaradıcı ruhu ilə dop-dolu idi. Tamaşaçılar səhnədə gəzən tablolar, rəqs edən kovboylar, hərəkətli buludlar və digər çıxışları təbəssüm və riqqətlə izləyiblər.

Qeyd edək ki, Sevimli Bala konsertdən əldə olunan vəsaiti aztəminatlı ailələrin uşaqlarının arzularının reallaşdırılması məqsədi ilə “ASAN Könüllüləri” Təşkilatının ASAN Məktub layihəsinə yönləndirib. Layihə çərçivəsində 3-14 yaş arası uşaqların istəklərinin yer aldığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və həmin məktublarda qeyd olunanlar vətəndaşlar və ya şirkətlər tərəfindən təmin edilir.

Ümumiyyətlə, sosial və xeyriyyə layihələrinin təşkili və həyata keçirilməsi Sevimli Bala işçi heyəti üçün böyük əhəmiyyət kəsb edir. İDEA və ASAN Könüllüləri ilə birgə həyata keçirilən layihələr Sevimli Bala-nın fəaliyyətinin vacib hissələrindən biridir. Bu layihələr çərçivəsində, Sevimli Bala uşaqlarda insanlara, təbiətə qarşı sevgi və ətraf mühitin qorunmasını təbliğ etdirir.       

Sevimli Bala layihəsi 2014-cü ilin aprelində böyüyən nəslin inkişafına və tərbiyəsinə töhfə vermək məqsədilə yaradılıb. Sevimli Bala şəbəkəsinin ilk klubu olan Sevimli Bala Elm Mərkəzi, 2014-cü ilin may ayında açılıb və mental hesab, uşaq elmi laboratoriyaları, astronomiya, xarici dillər və s. kimi əlavə dərslərin geniş spektrini təqdim edir. 2016-cı ilin oktyabrında şəbəkənin Talent Studio by Sevimli Bala adlı ikinci klubu açılıb. Burada müxtəlif növ rəqs, rəssamlıq, modelləşdirilmə və aktyorluq sənəti dərslərinin vasitəsilə uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir. Şəbəkənin Baby-Club adlı sonuncu klubu 2016-cı ilin dekabrında açılıb və Rusiyanın  məşhur “Бэби-Клуб” şəbəkəsinin Azərbaycanda ilk filialıdır. Bu klubun fəaliyyəti 8 aydan 7 yaşadək olan uşaqların 10 intellektinin inkişafına yönəldilib.

Reklam hüququnda

Paylaş:
1203

Son xəbərlər

ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23
Bütün xəbərlər