“Şirkətə yalnız mini geyinən qızlar qəbul olunur” – müzakirələrə səbəb olan fotoya rəsmi cavab | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şirkətə yalnız mini geyinən qızlar qəbul olunur” – müzakirələrə səbəb olan fotoya rəsmi cavab

15:09 - 20 / 06 / 2019
“Şirkətə yalnız mini geyinən qızlar qəbul olunur” – müzakirələrə səbəb olan fotoya rəsmi cavab

Bu səhər “Mayson Car Club” şirkətinin işə yalnız “mini” geyinən qızların qəbulu ilə bağlı xəbəri sosial şəbəkələri sözün əsl mənasında “partladıb”.

Xəbərə uyğun olaraq illüstrasiya da təqdim edilib.

Məsələyə aydınlıq gətirmək üçün şirkət rəhbərliyi ilə əlaqə saxladıq.

– Bəli, məsələ ilə bağlı yayılmış yalan məlumatdan xəbərdarıq. Artıq bu xəbəri yayan həmin sayta rəsmi cavab da vermişik. Çünki dezinformasiya və böhtan qanuni baxımdan cinayətdir. Yayılmış məlumat (illüstrasiyadan söhbət gedir) şirkətin vakansiyalarına qoyulan kontekstdən götürülərək tamamilə başqa prizmadan təqdim edilib. Bundan əlavə, bu illüstrasiyanı yayan və ictimai qınağa təqdim edənlər qadınlara qarşı ayrı-seçkilik ediblər.

Bir daha qeyd edirəm: bunu şirkətimizin məlumatını təhrif edərək, onu başqa mənada təqdim edənlər edib. Ola bilsin ki, bu, hansısa informasiya resursunun reytinqinin (və ya sosial şəbəkədə baxış sayınının) artırılması məqsədilə ediblər. Çünki bu cür paylaşımlar çoxlu şərhlərin yazılmasına, bununla da nəşrin reytinqinin artmasına səbəb olur.

Bunu yayanlar öz məqsədlərinə nail olub. Səhərdən bu xəbərlə bağlı şərh yazanlar qısa ətək geyinən qadınları hər cür təhqir edirlər. Bununla da onlar Azərbaycan Konstitusiyasının qanunlarını pozurlar. Çünki heç kəs başqasını geyiminə görə təhqir etmək hüququna sahib deyil.

Sayta bildirdik ki, bu cür “qara xəbərləri” yaymaqla əylənirlər. Bununla da qanunu pozurlar. Onları xəbərdar etdik, əgər bunun qarşısını almasalar onları məhkəməyə verəcəyik.

Maraqlısı da budur ki, həmin sayt məqaləyə göndərdiyimiz cavabımızın bir hissəsini kəsərək əlavə ediblər. Şirkətimizə qarşı bu cür münasibəti anlaya bilmirik. Biz dörd ildir ki, yerli bazarda Avropa standartlarına uyğun çalışırıq.

- Bu illüstrasiyada hansı məqamın gizləndiyinə aydınlıq gətirə bilərsiniz? Çünki bu, sirkətin vakasiyasının siyahısında yer alıb.

- Bəli. Məsələ burasındadır ki, işlə bağlı CV göndərən şəxs müsahibə üçün şirkətə gəlməlidir. Burada təqdim edilmiş siyahı hər kəsə açıqdır – bununla şirkətin sosial şəbəkələrdəki səhifələrində tanış ola bilərsiniz. Administrator vakansiyasında bir şərt var – bu, standart görünüşlü müəyyən uniformadır.

İş axtaran şəxsə şirkətdə işə başlayacağı təqdirdə geyinəcəyi formalar təqdim edilir. Uniformaya baş üçün geyim (papaq) və xüsusi ayaqqabı da aiddir. Bütün bunlar həmçinin təhlükəsizlik qaydalarının qorunması üçün də edilir. Nümunə üçün, avto xidmətdə 16 kamera quraşdırılıb. əgər kimsə təhlükəsizlik qaydalarına riayət etmədən növbəyə çıxarsa onun işə çıxılmasına icazə verilmir. Həmçinin vakansiyada verilən tələblər siyahısında sürücülük vəsiqəsinin olması da qeyd olunur. Əks təqdirdə əgər bu şəxs bütün parametrlərə uyğun gəlirsə onu şirkət hesabına təlim keçirilir.

Siyahı çox uzun deyil, lakin həmin “maraqlı” insanlar məhz bu şəkilin mənasını təhrif edərək reytinq qazanmaq istəyiblər. Biz jurnalistlərlə ünsiyyətə açığıq və şirkətimizdə istənilən KİV nümayəndəsini görməyə şadıq.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
4757

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər