SOCAR İlham Əliyevin yenidən prezident seçilməsilə uğurlu layihələrin davamına əmindir | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İlham Əliyevin yenidən prezident seçilməsilə uğurlu layihələrin davamına əmindir

15:01 - 13 / 04 / 2018
SOCAR İlham Əliyevin yenidən prezident seçilməsilə uğurlu layihələrin davamına əmindir

İlham Əliyevin seçkilərdə qalib gəlməsi gözlənilən və əsaslandırılmış idi. Belə ki, onun fəaliyyəti ölkənin iqtisadi və stabilliyinə yönəlib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün bu, çox əlamətdar hadisədir. Çünki cənab Prezident SOCAR-a böyük dəstək göstərir və şirkətin bütün uğurları dövlət başçısının strateji kursunun nailiyyətləridir”, - 1news.az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sahəsində stabil inkişaf var:

“İlham Əliyevin yenidən prezident seçilməsi isə bu inkişaf daha da davam edəcək, xarici şirkətlər isə ölkəyə sərmayələr yatıraraq mənfəət əldə edəcək.

SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda da irimiqyaslı layihələri nəzərdə tutulub. Söhbət Avropaya Azərbaycan qazının çatdırılmasında Cənub Qaz Dəhlizi layihəsinin buraxılmasından gedir. Bununla da SOCAR Trading-in ticarət əməliyyatları daha da genişləndiriləcək. Cari ildə SOCAR-ın iştirak edəcəyi altı strateji layihənin istismarı nəzərdə tutulub”.

Xatırladaq ki, aprelin 6-da Yeni Azərbaycan Partiyasının qəzetində SOCAR prezidenti Rövnəq Abdullayevin “SOCAR – Azərbaycanın qlobal brendi, İlham Əliyevin şah əsəridir” adlı müsahibəsi dərc edilib.

Müsahibədə R.Abdullayev Prezident İlham Əliyevin Dövlət Neft Şirkətindəki rolunun əhəmiyyəti vurğulayıb:

“Yeni minillik və yeni əsr dünya və region ölkələri ilə yanaşı, Azərbaycanı da yeni və fərqli çağırışlarla üz-üzə qoyurdu. Möhtərəm Prezidentimiz ölkə iqtisadiyyatında apardığı dərin islahatlar çərçivəsində Azərbaycanın qalibiyyətli enerji strategiyasını zamanın aktual tələblərinə uyğun təkmilləşdirdi. Ölkənin maliyyə imkanları və beynəlxalq rəqabət qabiliyyəti yüksəldildi və Azərbaycan sərmayə cəlb edən ölkə olmaqla yanaşı, həm də xarici bazarlara sərmayə yatıran ölkəyə çevrildi.

Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu öz üzərinə götürməklə, ölkə daxilində nəhəng ixracyönümlü sənaye layihələrini həyata keçirməyə, həm də xarici bazarları kəşf edərək, inamlı və qətiyyətli investor kimi perspektivli bazarlara daxil olmağa nail oldu.

İlham Əliyevin strateji baxışı daim dövlətin müstəqilliyi, xalqın yüksək rifahı prinsiplərinə əsaslanır. Azərbaycanı regionda güclü dövlətə, beynəlxalq müstəvidə iqtisadi və siyasi sahələrdə söz və nüfuz sahibinə çevirmək İlham Əliyev siyasətinin əsas hədəfləridir. Məhz bu istiqaməti əldə rəhbər tutaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxıldıqdan sonra, iki qitə və 6 ölkəni birləşdirən, dünyada misli olmayan Cənub Qaz Dəhlizi meqa-layihəsinə start verildi.

Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək. Bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana əlavə üstünlük yaradacaqdır. Artıq bu il 4 seqmentdən ibarət bu möhtəşəm layihənin 3 seqmenti istifadəyə verilir və ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən bu uzunmüddətli çalışmaların bəhrələrini görəcəkdir”, - deyə R.Abdullayev müsahibəsində qeyd edib.

Avropa 2020-ci ildə “Şahdəniz” yatağı vasitəsilə Azərbaycan qazını görəcək.

Elə həmin il daha əvvəllər neft-qaz sahəsində imzalanmış razılaşmalara əsasən,  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yataqlarda irimiqyaslı istismarlar həyata keçiriləcək.

Təkcə BP layihələri üzrə ölkəyə 66 milyard dollardan çox sərmayə yatırılıb.

Beləliklə, Azərbaycanın neft-qaz sahəsinə olan maraq zəifləmir, əksinə beynəlxalq arenada ölkənin nüfuzu artır. Bunun bariz nümunəsi Neft İxracatı Ölkələri Təşkilatı (OPEK) ilə əməkdaşlıqdır.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
774

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər