Start Up. Bal Studiosla toyunuzu unudulmaz edin – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Start Up. Bal Studiosla toyunuzu unudulmaz edin – FOTO – VİDEO

15:45 - 30 / 10 / 2017
Start Up. Bal Studiosla toyunuzu unudulmaz edin – FOTO – VİDEO

Toy mərasimi demək olar ki, hər bir insanın həyatında ən əlamətdar hadisədir. Onu hazırlanmasına bir neçə ay vaxt sərf etmək lazım gəlir.

Buna görə də, yeni evlənənlərin qarşısında duran əsas vəzifələrdən biri, uzun illər sonra bu sehirli günə fikrən də olsa qayıda bilmək üçün baş verənlərin düzgün şəkildə çəkilməsidir.

Son vaxtlar çəkilişlərin “Wedding highlighs” adlanan üslubu geniş yayılıb. Nəticədə, müştəri ənənəvi yeni evlənənlərə verilmiş iki saatlıq video deyil, həyatının ən xoşbəxt gününün ən canlı, emosional və parlaq anlarına diqqət çəkən üç dəqiqəlik qısa video əldə edir.

Azərbaycanda bir çox videoqraflar bu cür xidmətlər təklif edirlər. Ancaq bu gün sizi bir az fərqli formatda çalışan və yalnız gözəl reportaj videoları deyil, sənədli filmə bənzər videolar yaradan gənclərlə tanış etmək istərdik.

Onların işinə baxarkən sanki çox sayda qonaq, çiçək tağı, üç mərtəbəli tort və üzüyün yalnız bəzəyə çevrildiyi iki sevgilinin təcrid olunmuş dünyasına səyahət edirsən.

Unudulmaz videoların yaradılması sahəsində ixtisaslaşan “Bal Studios” şirkətinin fərqləndirici xüsusiyyətləri barədə 1news.az-ın müxbirinə onun təsisçiləri olan Eltun Baxışzadə və Ramin Əliyev məlumat veriblər.

Müsahiblərimizin qeyd etdikləri kimi, Ramin sahibkarlıq və tədbirlərin təşkili ilə bağlı təcrübəyə malikdir. Eltun isə sənədli filmlər üzrə rejissor kimi tanınır. Buna görə də onlar öz bacarıqlarını birləşdirərək birgə uğurlu layihə təqdim etdilər.

“Bizim komandamız kifayət qədər uzun müddətdir ki, mövcuddur. Şirkətimizi sevgi ilə balın birləşməsini tərənnüm edən “Bal Studios” adlandırmağa qərar verdik. Çünki “bal ayı”, “bal kimi sevgi”, “bal kimi oyuncaq” kimi fikirlər var. Studiyada istehsal etdiyimiz hər şeyi bal kimi də adlandırmaq olar”- deyir Eltun.

Komandanın üstünlüklərindən biri də çəkiliş zamanı mərasimin keçirilməsinə mane olmamasıdır. Belə ki, qonaqlar davamlı olaraq ətraflarında fotoqrafların və operatorların işləməsinin fərqində belə olmurlar. Bu ona görə belə olur ki, uşaqlar əvvəldən axıra kimi bütün mərasimi, məsələn, paytaxt salatının yeyilməsini və yaxud uzun sürən ləzginka rəqsini deyil, toyun ancaq ən maraqlı anlarını lentə alırlar.

“Bal Studios”un fərqləndirici özəlliklərindən biri də ondan ibarətdir ki, çəkilişlər adi kamera ilə deyil, daha keyfiyyətli məzmun əldə etməyə imkan verən kinokameralar vasitəsilə həyata keçirilir.

“İlk növbədə cütlüklərlə tanış olur, onlar arasında hansı münasibətlərin olmasını aydınlaşdırmağa çalışırıq. Sonra isə birgə səy göstərməklə uyğun olan süjet fikirləşirik. Onu da deyim ki, biz ancaq toyları deyil, eyni zamanda iki insanın duyğusunu büruzə verən fərdi “Love story”lər də çəkirik. Çəkiliş məkanına gəlincə, bu sahədə geniş seçim imkanımız var. Sifarişçilərin əksəriyyəti əlbəttə ki, şəhərdə çəkilməyə üstünlük verirlər. Lakin biz onlara mənzərəli məkanlarda çəkiliş aparmağı da təklif edirik”- deyə, Ramin bildirir.

Bütün bunlarla yanaşı uşaqlar sənədli ailə filmləri də çəkə bilərlər. Misal üçün, bu yaxınlarda onlar atanın 20 yaşlı qızının doğum gününə həsr etdiyi maraqlı video təqdim ediblər. Bu videoçarxda ata qızını necə böyük məhəbbətlə sevdiyini və onunla fəxr etdiyini bildirir. Yaxın qonaqların iştirakı ilə keçən doğum günündə bu videonun göstərilməsi isə qızı üçün əsl sürpriz olub və o göz yaşlarını saxlaya bilməyib.

“Bizim məqsədimiz öz videolarımızla insanlarda yaxşı duyğular, emosiyalar yaratmaqdır. İnsana mərasimdə baş verən hadisələri yaşamağa, təsiredici video yazan atanın və ya sevənlərin duyğularını hiss etməyə imkan verə bilmək üçün əlimizdən gələni edirik. Qiymətlərə gəlincə, onlar olduqca demokratikdir. Daha aydın desək, şirkətimiz fotoqrafla videoqraf xidmətlərini birgə elə qiymət təklif edir ki, adətən həmin qiymətə bu xidmətlərdən yalnız birini sifariş vermək mümkündür”- deyə, şirkətin baş redaktor kimi videoçəkilişə cavabdeh olan Eltun bildirib.

Müsahiblərimizin sözlərinə görə, onlar əcnəbi fotoqraf və videoqraflarla da əməkdaşlıq edirlər. Belə ki, onların Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Rusiya və digər ölkələrdə çoxlu tərəfdaşları var. Buna görə də əgər müştərilərdən kimsə mərasiminə əcnəbi mütəxəssisləri dəvət etmək istəsə, onların iş üslubuna və yaradıcı yanaşmasına üstünlük versə, “Bal Studios”a müraciət edə bilər. Burada ona əcnəbi mütəxəssislərlə əlaqə yaratmağa kömək edəcəklər.

Bəzən də elə olur ki, onların özlərini çəkilişa aparmaları üçün xaricə dəvət edirlər. Misal üçün, gələn ilin əvvəlində onlar iki gəncin toy mərasimini lentə almaq üçün Praqaya səfər edəcəklər.

“Eyni zamanda biz Şirvanşahlar sarayı, Qız qalası kimi yerlərdə toy mərasimi təşkil edə bilərik. Ofisimiz İçərişəhərdə yerləşdiyindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi ilə əməkdaşlıq edirik. Buna görə də burada yerləşən muzeylərdə nəinki çəkilişlər, həmçinin tədbirlər təşkil etməyə imkanımız olur”- deyə, Ramin əlavə edir.

Sonra uşaqlar daha bir fərqli xüsusiyyətlərindən söhbət açdılar. İlk baxışdan bu bir qədər gülməli görünsə də, əslində toy şənliyində ümumi təəssüratı poza bilər. Söhbət toy kortejində iştirakdan gedir.

“Toy kortejlərinin çəkilişini müşahidə edərkən tez-tez hansısa səbəbdən köhnə, çirkli maşınlar görürük. Onların açıq baqaj bölməsində isə operator çiynində kamera ilə bəylə gəlinin olduğu avtomobili çəkir. Bizim işimizdə isə bu tamamilə fərqlidir. Əvvəla, bizim kortejdə əla görünən bir neçə gözəl idman avtomobilimiz var. İkincisi isə, digərlərindən fərqli olaraq biz korteji bir deyil, bir neçə nöqtədən çəkirik”- deyə, Eltun qeyd edir.

Son olaraq qeyd etmək istəyirik ki, “Bal Studios”un ofisində rahatlıq atmosferi hökm sürür. Uşaqların sözlərinə görə, onlar özləri bu cür mühit yaradıblar ki, bura gələnlər özlərini rahat hiss etsinlər.

İş prosesinə gəlincə isə, müsahiblərimiz videonun süjetindən tutmuş onun tamamlanmasına kimi olan müddətdə müştəriyə maksimum müsbət emosiya vəd edirlər. Və əlbəttə ki, sonda əldə edəcəyiniz videomaterialın bal kimi şirin olacağına təminat verilir.

“Sosial şəbəkələrdəki səhifələrmizdə tez-tez tərəfdaşlarımızla birgə hazırladığımız aksiyalar haqqında məlumatlar yayımlanacaq. Aksiyalar pulsuz çəkilişlər, xaricə səfərlər, bahalı hədiyyələr və sairədən ibarət olacaq. “Bal Studios” ancaq adi şirkət deyil. Bu tezliklə hər yerdə olacaq və öz varlığı ilə insanlara xeyir gətirəcək böyük bir layihədir. Ümid edirik ki, bu layihə ilə zəfərlər bayramına yeni rənglər qatacağıq”- deyə, müsahiblərimiz vurğuladılar.

Mətn: Leyla Məmmədova

Video: Sabir Rəsulov

Foto: Ülvi Daşdəmirli

Paylaş:
1364

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər