Sumqayıtda həkim biabırçılığı: “Bir də bura gəlmə” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda həkim biabırçılığı: “Bir də bura gəlmə” – VİDEO

17:05 - 22 / 07 / 2019
Sumqayıtda həkim biabırçılığı: “Bir də bura gəlmə” – VİDEO

Sumqayıt şəhər sakini Aytəkin Bayramova dövlət xəstəxanasında həkimin onunla qeyri-etik rəftarını və pul tələb etməsininin kadrlarını redaksiyamıza göndərib.

Bu haqda A. Bayramova “yeniavaz.com”a danışıb.

O, bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsində fəaliyyət göstərən Uşaq Stomatoloji Klinikasına 9 yaşlı oğlunun dişi ağrıdığı üçün üz tutub:

"Uşağın dişinə baxan həkim mənə dedi ki, əvvəlcə "Rentgen"ə get. Mən də uşağı həmin şöbəyə apardım. Gülnarə həkimə bildirdim ki, uşağın dişini rentgenə salmaq lazımdır. Məndən 5 manat pul istədi.

Dedim ki, yoxumdur, həm də ki bura dövlətin klinikasıdır. O da mənə cavabında dedi ki, nə vaxt dövlətin mənə plyonka verər, onda gələrsən. O vaxta kimi bir də buraya gəlmə dedi. Mən də bura dövlətindir dedim.

O nalayiq sözlərdən istifadə edərək mənə cavab verdi. Mən də oradan uzaqlaşdım. Ancaq mən həmin anları mobil telefonumla lentə almışdım". A.Bayramova dedi ki, bu hadisədən sonra Kəmalə xanımın, yəni, baş həkimin yanına getdim: "Vəziyyəti ona danışdım amma, onun cavabı məni daha da təəccübləndirdi.

Mənə bildirdi ki, bizdən bu pulu yuxarıdan tələb edirlər, bizlik deyil.

Biz hər il Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 min manat ödəyirik. Bunu təkcə biz yox, bütün qurumlar ödəyir.

Biz də məcbur o pulu vətəndaşlardan alırıq. Baş həkim də mənə dedi ki, plyonkanı dövlət vermir".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, bu sadəcə əsassız bir ittihamdır:

"Bu doğru deyil. Belə bir şeydən söhbət gedə bilməz. Əsassızdır".

BAKU.WS

S.Xankişiyeva

 

Paylaş:
500

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər