ru

Rusiya

31 May saat 15:04

Surqut aeroportuna Fərman Salmanovun adı verilib

Surqut aeroportuna Fərman Salmanovun adı verilib

Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sənədə əsasən, Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi geoloq, soydaşımız Fərman Salmanovun adı verilib.

Xatırladaq ki, “Rusiyanın dahi adları” müsabiqəsi ötən il keçirilib. Rusiyalılar 47 aeroporta dahi şəxsiyyətlərin adlarının verilməsi üçün səsvermədə iştirak ediblər.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur