“The Sun”: Malayziyaya məxsus itmiş təyyarə Google Maps-də “tapılıb” | 1news.az | Xəbərlər
Dünya

“The Sun”: Malayziyaya məxsus itmiş təyyarə Google Maps-də “tapılıb”

16:49 - 20 / 03 / 2018
“The Sun”: Malayziyaya məxsus itmiş təyyarə Google Maps-də “tapılıb”

Aviaqəzalar zamanı itən təyyarələrin axtarışı ilə məşğul olan avstraliyalı həvəskar Piter Makmehon Malayziyaya məxsus olan və 2014-cü ildə Hind okeanında itdiyi güman edilən sərnişin təyyarəsini tapmaq üçün NASA və Google Maps-in xəritələrini araşdırıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “The Sun” nəşri yazır ki, P.Makmehon təyyarənin qalıqlarını okeanda tapıb. Onun təqdim etdiyi fotolarda təyyarənin gövdəsi ilə yanaşı, üzərindəki güllə yerləri də görünür.

Avstraliyalı həvəskar təsdiq edir ki, təyyarənin qəzaya uğradığı yer Seyşel adalarına daxil olan kiçik Ruand adasından 16 kilometr cənubda yerləşir. Həmin ərazi itmiş təyyarənin axtarış-əməliyyat zonasına daxil edilməyib.

P.Makmehon öz tapıntısı barədə məlumatları Avstraliya Nəqliyyat və Təhlükəsizlik Bürosuna göndərib. Büro həmin fotoların itmiş təyyarəyə aid olduğunun mükünlüyünü bildirib.

Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus “Boeng” sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Onun parçaları və həlak olmuş sərnişinlərin qalıqları hələ də tapılmayıb.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52
Bütün xəbərlər