TÜRKPA və Türk Şurası Prezident seçkilərini birgə müşahidə edəcək | 1news.az | Xəbərlər
Siyasət

TÜRKPA və Türk Şurası Prezident seçkilərini birgə müşahidə edəcək

13:19 - 06 / 04 / 2018
TÜRKPA və Türk Şurası Prezident seçkilərini birgə müşahidə edəcək

TÜRKPA və Türk Şurası 11 aprel tarixində Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcəkdir.

1news.az-a TÜRKPA-dan verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

Müşahidə proqramı çərçivəsində müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədi ilə Sumqayıt və Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.

Bundan əlavə, TÜRKPA nümayəndə heyəti Türk Şurası Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi və Şuranın Katibliyinin ekspertləri və əməkdaşlarından ibarət Türk Şurası müşahidə missiyası ilə birgə seçkilərin müşahidəsini aparacaqdır. Türk Şurasının proqramına Şəki və Quba rayonlarına da ziyarət daxildir və bu çərçivədə hər iki tərəf səsvermə məntəqələrindəki vəziyyətə dair məlumat mübadiləsi aparacaq.

11 aprel tarixində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrin təqdimatı gözlənilir. 12 aprel tarixində isə TÜRKPA və Türk Şurası müşahidə missiyası seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcəkdir.

P.Sultanova

 

Paylaş:
594

Son xəbərlər

Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25
Bütün xəbərlər