Tusk "erməni soyqırımı" abidəsini ziyarət etməyib | 1news.az | Xəbərlər
Ermənistan

Tusk "erməni soyqırımı" abidəsini ziyarət etməyib

10:14 - 15 / 07 / 2019
Tusk "erməni soyqırımı" abidəsini ziyarət etməyib

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk İrəvanda səfərdə olarkən qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməməsi erməniləri məyus edib.

1news.az “168 jam”a istinadla xəbər verir ki, ümumilikdə Ermənistanda Tuskun səfərindən narazı qalıblar.

Nəşr yazır ki, ölkəyə səfər edən hər bir rəsmi şəxs, qonaq qəbul edilmiş protokol ənənəsinə uyğun olaraq “erməni soyqırımı” abidəsini ziyarət edir: 

"Tuskun timsalında isə  bu, "qanunauyğunluq" pozulub, çünki avropalı rəsmi xatirə kompleksini ziyarət etməyib və qurbanların xatirəsinə öz ehtiramını bildirməyib".

Səfər Ermənistanda tamamilə bir protokol səfəri kimi qiymətləndirilir.

“Bu səfəri səlahiyyətlilərin və onları dəstəkləyən mətbuatın təbliğat manipulyasiyasından fərqli olaraq  "tarixi" və "fövqəladə" olaraq xarakterizə etmək olmaz. Tuskun Ermənistana səfəri fiaskoya uğradı və bu, adi bir ziyarət idi.

Mətbuat konfransı zamanı jurnalistlər sual vermək hüququndan məhrum edildilər. Buna səbəb isə hakimiyyətin bəzi media nümayəndələrinin “xoşagəlməz” suallar hazırladığı barədə məlumat alması olub.

Xüsusən, Ermənistandakı son hadisələr-siyasi təqib, söz və mətbuat azadlığına qarşı hərəkətlər, sabiq prezident Robert Koçaryanın həbs edilməsi, məhkəmələrin bloklanması, bütün bunlar erməni hakimiyyətini bu cür davranmağa sövq edib", deyə "168 jam" yazıb.

P.Sultanova

 

 

Paylaş:
850

Son xəbərlər

2024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat başlayıb15 / 04 / 2024, 14:42Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”15 / 04 / 2024, 14:21Bakıda son üç ayda baş vermiş yol-nəqliyyat hadisələri - VİDEO15 / 04 / 2024, 14:14Bayram günlərində milli parkları 5000-dən artıq turist ziyarət edib15 / 04 / 2024, 14:07İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib15 / 04 / 2024, 13:55Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb15 / 04 / 2024, 13:28Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq15 / 04 / 2024, 13:24
Bütün xəbərlər