“Ukrayna dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ukrayna dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa olunub

16:35 - 20 / 07 / 2018
“Ukrayna dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa olunub

5 müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi və ölkənin ən böyük dairələrdən biri hesab olunan “Ukrayna dairəsi”ndə aparılan təmir-tikinti işləri artıq yekunlaşıb. Dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu dairə boyu daim intensiv hərəkət müşahidə olunur.

“Xətai rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Məhəmməd Hadi küçəsinin yenidənqurulması layihəsi çərçivəsində təmir edilən dairə uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə dairənin asfalt-beton örtüyündə sürüşmə xarakterli deformasiyalar, qabarma və dağılmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olurdu. Məhz bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmirinə başlanıldı və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırıldı”, - deyə məlumatda vurğulanıb.

Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.

Dairədə aparılan işlər zamanı kəsişən yollardan dairəyə rahat giriş-çıxışı təmin etmək üçün yeni yol ayrıcları inşa edilib, kənarlarına yeni səki daşları düzülüb. Bunun ardınca dairə boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Kompleks şəkildə görülmüş bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

Bu işlərin minimum narahatlıq yaratması üçün Dövlət Agentliyi tərəfindən işlər dairədə iki mərhələ çərçivəsində həyata keçirilib. Növbəti mərhələdə Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidənqurulması işlərinə başlanılacaq.

Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

S.Xankişiyeva

 

Paylaş:
390

Son xəbərlər

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17
Bütün xəbərlər