“Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” proqramının açılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” proqramının açılış mərasimi keçirilib

10:41 - 19 / 07 / 2019
“Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” proqramının açılış mərasimi keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “PAŞA Bank”ın təşkilatçılığı ilə müxtəlif dövlət qurumlarının, müəssisələrin rəhbər şəxsləri üçün “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramı çərçivəsində mühüm təlim keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, müasir texnologiyalar və innovasiyalar daha çox sənayedə, özəl sektorda işlənib hazırlanıb, istifadə olunur:

“Amma hər bir texnologiyanın düşünülüb hansısa kontentlərinin dövlət xidmətlərinə tətbiqi çox böyük fayda gətirir. Bunun əyani sübutu Azərbaycandır. Azərbaycanda innovasiayalardan, müasir texnologilaradan istifadə kifayət qədər vaxtında başlanılıb. “ASAN xidmət”in özü konsepsiya kimi 2012-ci ildə cənab prezidentin təşəbbüsü ilə yaradılıb. Bu konsepesiyanın əsas mahiyyətində dövlət xidmətlərinə və dövlət xidmətləri sahəsində müasir innovasiyaların tətbiqindən ibarətdir. Bu uyğunlaşma öz effektiv nəticəsini verdi.

“ASAN xidmət”ə bu günə qədər 30 milyondan çox müraciət daxil olub. Bu, bir konsept kimi BMT tərəfindən birinciliyə layiq görülüb. Artıq digər ölkələrə də ixrac olunur. Konkret olaraq hazırda 10 ölkədə “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı ciddi iş aparılır, sazişlər imzalanır. Həmin ölkələrdə bizim qruplar işləyir. Bu yaxınlarda Bakıda BMT-nin dövlət xidmətləri forumu keçirildi. Bu, ilk forum idi ki, Şərqi Avropa regionunda təşkil olunmuşdu. Bu, hər il keçirilən forumdur və əsas mahiyyət Bakəda keçirildi. Bu forum keçirilmədən əvvəl namizıd ölkələr qiymətləndirilir”.

Ü.Mehdiyev onu da əlavə edib kiz forum o ölkələrdə keçirilir ki, orada dövlət sektorunda innovasiyalar tətbiq edilsin, islahatlar aparılsın və bu islahatların nəticəsi olsun:

“Bu tədbirin Bakıda keçirilməsi də görülən işlərin nəticəsidir. Bizim üçün qürurverici hal budur ki, BMT Baş katibinin müavini BMT adından Azərbaycanı rəqəmsal texnologiyadan geniş istifadə etdiyi üçün xüsusi mükafata layiq görüb. Bu mükafatı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva qəbul elədi. Bu, qaçılmaz bir trenddir. Müasir texnologiyalar sürətlə inkişaf edir. Ayrı-ayrı inkişaf etmiş ölkələrlərdə süni intellekt həlləri tətbiq edilir. Biz bu sahədə geri qalmamışıq. Azərbaycan artıq innovasiyaların dövlət sektorunda tətbiqinə çalışan və buna maraq göstərən ölkələr sırasında ön sıralardadır. Bu sahədə artıq müəyyən nəticələr əldə etmişik, bu inkişafdan da geri qalmamalıyıq. Bu sahədə konkret strategiya, fəaliyyət planı lazımdır ki, onu mərhələli şəkildə həyata keçirək və uğur əldə edək. Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir.

Ulu öndərin hakimiyyəti dövründən elektron hökumətin yaradılması ilə bağlı ciddi fərmanlar, sərəncamlar verilib, dövlət proqramı qəbul edilib. 2011-ci ildə elektron hökumətin yaradılması ilə bağlı tapşırıqlar verilib. 2018-ci ildə bu sahənin təkmilləşməsi ilə bağlı Agentliyə tapşırıqlar verilib. Bu gün artıq “MyGov” praktik xidmətlərə keçən platformaya çevrilib. Bu isə vətəndaşların rifahının yüksəlməsində böyük rol oynayır”.

“PAŞA Bank”ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov da qeyd edib ki, təlim dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətlidir: “Biz çalışırıq ki, 2020-ci ilin sonuna qədər müştərilərin bank xidmətləri üzrə əməliyyatlarının 90%-i elektronlaşdırılmasına nail olaq”.

T.Kazımovun sözlərinə görə, artıq Azərbaycanda insanlar rəqəmsal transformasiyaya tam hazırdı:

“Bəzən məndən soruşurlar ki, Azərbaycanda insanlar rəqəmsal transformasiyaya hazırdırmı? Mən deyirəm ki, bəli, hazırdı. Bu ilin fevral ayında elektron hökumətlə tərəfdaşlıq nəticəsinsə MDB regionunda ilk dəfə fərdi sahibkarlara və kiçik və orta sahibkarlıqla məşğul olanlara banka gəlmədən bankın müştərisi olmaq imkanı yaratdıq. Bu layihəmiz tənqidlərlə üzləşmişdi ki, müştərilər banka müştəri olmaq üçün gəlmək istəyirlər. Artıq ay ərzində gələn yeni müştərilərin 80%-i banka gəlmədən bankın müştərisi olur.

Bir müddət əvvələ qədər Azərbaycanda bankların müştərisi olmaq üçün 2-3 gün vaxt sərf olunurdu. Amma biz bunu 1 saat 5 dəqiqəyə endirdik. Müştəri vaxtının 5 dəqiqəsini kompüter qabağında, 1 saatını isə bizim filialda keçirməklə müştəri ola bilər. Amma mən düşünürəm ki, bu 1 saatı da ləğv etmək olar. Bunun üçün bir sıra qurumlarla inteqrasiyaya ehtiyac var. Tezliklə bu vaxt 5 dəqiqəyə enəcək”.

Bank rəhbəri deyib ki, beynəlxalq banklarla müqayisədə rəhbərlik etdiyi bankın elektron xidmətləri bir qədər də inkişaf etməlidir.

Qeyd edək ki, iki gün davam edəcək təlim Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin və İsveçrənin “St.Gallen Universiteti”nin ekspertləri tərəfindən keçiriləcək. Təlimdə iştirak edən dövlət qurumlarının innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsallaşma ilə bağlı son proseslər və mütərəqqi texnologiyalar sahəsində, eləcə də rəqəmsal transformasiya və innovasiyaların idarə edilməsi istiqamətində məlumatlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.

Açılış mərasimindən sonra iştirakçılara Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşması, innovasiyalar və risk alma, innovasiya sistemləri və ölçülmələri, təşkilat daxilində sahibkarlıq mövzularında təlimlər keçirilib və müzakirələr aparılıb.

Proqramın ikinci günü isə milli rəqəmsal strategiya, milli rəqəmsal transformasiya proqramları, dövlət və ictimai-özəl əməkdaşlığın rolu, rəqəmsal transformasiyadakı növbəti addımlar mövzusunda təlimlər və müzakirələrlə davam edəcək.

P.Sultanova

Foto: APA

Paylaş:
705

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər