Unibank III rübü də mənfəətlə başa vurub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank III rübü də mənfəətlə başa vurub

13:00 - 23 / 10 / 2018
Unibank III rübü də mənfəətlə başa vurub

“Unibank” KB ASC 2018-ci ilin üçüncü rübünü də müsbət göstəricilərlə başa vurub.

Bir çox sahələrdə inkişafa imza atan bank,  ilin əvvəlindən bu yana 34 milyon manat mənfəət əldə edib. Üçüncü rüb ərzində ayrı- ayrı göstəricilər üzrə nəzərəçarpacaq artımlar qeydə alınıb. Hesabat dövründə bankın cəmi balans kapitalı  14,7 milyon manat (17%) artıb. 

İlin əvvəlindən başlayan müsbət inkişaf meylləri,  iyul-avqust-sentyabr ayları ərzində də davam edib. Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları,  rəqəmsal bankçılıq sahəsində də nəzərəçarpacaq artım qeydə alınıb.

Üçüncü rüb ərzində aktiv kreditləşmə müşahidə olunub. Rüb ərzində müştərilərə verilmiş kreditlər 28 milyon manat ( 7%) artaraq, xalis kredit portfeli 400 milyon manata çatıb. Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Unibank, ötən dövrdə  biznes layihələrinin maliyyələşdirilməsində aktivliyini daha da artırıb. Üçüncü rüb ərzində Unibank ölkə bankçılığı tarixində bir ilkə imza ataraq, korporativ kreditlərin onlayn verilməsi xidmətini müştərilərin istifadəsinə verib.

Unibank ölkə əhalisinin ən çox güvəndiyi banklar siyahısında qalmaqda davam edir. Bunu cari hesabların və əmanətlərin artımı da göstərir.  Üçüncü rüb ərzində cari və müddətli müştəri hesabları 40 milyondan (10%-dən artıq) çox artıb. Ayrıca olaraq müddətli depozitlərin həcmində 11% artıb olub ki, bununla da rübün sonuna bankın depozit portfeli 285 milyon manatı ötüb.

Ölkədə nağdsız ödənişlərin dövriyyəsnin artmasına yüksək töhfə verən bank, üçüncü rüb ərzində də debet kartlarının satışında ciddi artım əldə edib. İlin əvvəlindən bu yana debet kartların satışında 18%-dək artım qeydə alınıb. 

Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, ötən müddətdə rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı artıq 200 000-i keçib.

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

 

Paylaş:
438

Son xəbərlər

Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər