United Sport MFL 2018/19: Azərbaycanın ən böyük liqasının 52 komandası mübarizəyə başlayır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19: Azərbaycanın ən böyük liqasının 52 komandası mübarizəyə başlayır – FOTO – VİDEO

14:46 - 16 / 10 / 2018
United Sport MFL 2018/19: Azərbaycanın ən böyük liqasının 52 komandası mübarizəyə başlayır – FOTO – VİDEO

Yaxın günlərdə futbol üzrə 52 həvəskar komanda Azərbaycanın ən böyük həvəskarlar liqası United Sport MFL-in 2018/19-cu illər üzrə üçüncü mövsümdə çempionluq uğrunda mübarizəsinə başlayacaq.  

Şənbə günü yeni mövsümün püşkatma mərasimi keçirilib. Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, MFL-in direktoru Rəhman Hacıyev, komandanın nümayəndələri və fəxri qonaqlar iştirak edib. Tədbir İTV və CBC Sport kanalları vasitəsilə işıqlandırılıb.

Yeni mövsümdən etibarən MFL "United Sport" şirkətinin timsalında baş sponsor əldə etdi, çempionat isə United Sport MFL 2018/19 adını qazandı. Həmçinin MFL-in digər sponsorları – Sirena Motors, LSS, BOS Shelf, McDonald's, ÖDƏAL, Muğan Bank-dır.

Açılış mərasimində çıxış edən Elxan Məmmədov qeyd edib ki, AFFA MFL-ə hər cür dəstək göstərir:

“Futbolun daha çox ictimailəşdirilməsi AFFA-nı sevindirir. Ümid edirəm ki, mini futbol liqası gələcəkdə əsl Milli Futbol Liqasına çevriləcək. Artıq bu istiqamətdə işlər aparılır. İmkan daxilində çempionatın bütün matçlarına baxmağa çalışıram. MFL-in matçlarını seyr edərkən burada iştirak etmək istəyim yaranır. Lakin buradakı güclü oyunçuları nəzərə alaraq buna risk etmək istəmirəm. İki mövsüm MFL-də AFFA-nı təmsil edən komanda çıxış edib. Təəssüflər olsun ki, bu mövsüm onlar iştirak etməyəcək. Ola bilsin ki, növbəti mövsümdə mən özüm də MFL-də iştirak etdim”.

MFL-in direktoru Rəhman Hacıyev çıxışında liqanın üçüncü mövsümü ilə əlaqədar daha ətraflı danışıb:

“MFL yenə də ölkənin ən böyük həvəskar liqası adını qoruyub saxlaya bilir. Budəfəki mövsümdə 52 komanda iştirak edəcək. Bu o deməkdir ki, United Sport MFL 2018/19-də 900 nəfər futbolçu oynayacaq. Həmçinin United Sport MFL 2018/19 budəfəki mövsümdə bir çox yeniliklər təqdim edəcək. Əminəm ki, bizi çox maraqlı mövsüm gözləyir.

MFL "United Sport" şirkətinin timsalında baş sponsor əldə etdi. Göstərikləri dəstəyə görə bütün sponsorlarımıza dərin təşəkkür edirik. Xüsusilə də, AFFA prezidenti Rövnəq Abdullayevə və federasiyanın baş katibi Elxan Məmmədova dərin minnətdarlığımızı bildirmək istərdim. AFFA-sız bu turnirin keçirilməsi mümkün olmazdı”.

Həmçinin tədbirdə United Sport-un baş meneceri Anar Dadaşov da çıxış edərək yeni mövsümün bütün iştirakçılarına müvəffəqiyyətlər arzu edib:

“United Sport hər zaman idmanı dəstəkləyib və futbola xüsusi diqqət ayırıb. Öz tərəfimizdən komandaların lazımi avadanlıqla təmin edilməsi üçün əlimizdən gələni edirik”.

52 komanda iki konferensiyaya ayrılıb. İlk səkkiz yeri qazanan komandalar pley-off mərhələsinə yüksələrək qalibiyyət uğrunda mübarizə aparacaq. United Sport MFL 2018/19-in qalibi 10 000 manat qazanacaq. Finalçı isə 2 000 manat. Üçüncü yerin sahibi növbəti mövsümdən ödənişdən azad olunacaq.

Mövsümün (MVP) ən yaxşı futbolçusu LSS şirkətindən 400 manat dəyərində həvəsləndirici mükafat, ən yaxşı bombardir isə 300 manat qazanacaq. Bundan əlavə, mövsümün yekunlarına əsasən, altı futbolçunun daxil olduğu Dream team olacaq. Hər bir oyunçu 300 manat əldə edəcək.

Öz növbəsində də BOS Shelf şirkəti ən yaxşı assistent və qolkiperi 200 manat civarında təltif edəcək. Bundan əlavə, komandalardan birinə Fair-Play mükafatı veriləcək ki, bu da növbəti mövsümdə ÖDƏAL şirkətindən 50% həcmində endirim qazandıracaq.

Mövsümün başlanması gələn həftəyə təsadüf edəcək.

MFL-də artıq üçüncü mövsüm çıxış edəcək “Baku Eagles” komandasının kapitanı İlkin Tahirov 1news.az-la söhbət zamanı qeyd edib ki, onlar yenə də qələbə qazanmaq üçün oynayacaqlar:

“Komandamızda bir sıra dəyişikliklər oldu. Hər mövqeyə uyğun yeni oyuncular cəlb etmişik. Komandada ən başlıcası – nizam-intizamdır. İlk məqsəd pley-off mərhələsinə yüksəlməkdir. Sonra isə finala və qələbə qazanmaq üçün mübarizə aparacağıq”.

“Moskva AVM” komandasının qolkiperi Amin Hüseynov qeyd edib ki, yeni mövsümün başlanmasını səbrsizliklə gözləyir:

“MFL yatmış aslanları oyadıb. Bir çoxları bu cür çempionatın keçirilməsini istəyirdi. MFL-ə minnətdarıq. Artıq üçüncü ildir ki, burada oynayıram. MFL çoxlu dostlar qazandığım yeni dünyadır”.

Məqsədi – futbol oynayan həvəskar komandaları yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində birləşdirməkdir.

MFL-in matçları Bakı Olimpiya Stadionunun ərazisində “MFL ARENA” idman kompleksinin meydanlarında baş tutur.

Hər bir oyun zamanı təhlükəsizlik xidməti ilə yanaşı, AFFA-nın hakimlər briqadası, peşəkar həkimlər və MFL nümayəndləri iştirak edir. Bu da Liqanın obyektivliyini və təhlükəsizliyini təmin edir.

Heç şübhəsiz ki, United Sport MFL-in yeni mövsümü futbolsevələr üçün yeni həyəcanlar, mübarizə və çəkişmələr bəxş edəcək.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2252

Son xəbərlər

Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər