United Sport MFL 2018/19-un 6-cı turu: liderlərin mübarizəsi gərginləşir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19-un 6-cı turu: liderlərin mübarizəsi gərginləşir – FOTO – VİDEO

14:45 - 10 / 12 / 2018
United Sport MFL 2018/19-un 6-cı turu: liderlərin mübarizəsi gərginləşir – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un VI turu baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, bazar ertəsi günü “MFL Arena”nın meydanlarına Infinity Konferensiyasının komandaları, cümə axşamı günü isə Platinum Konferensiyasının komandaları çıxıb.

Qeyd edək ki, keçən turlarda olduğu kimi 6-cı tur da gərgin mübarizə şəraitində keçib. Infinity Konferensiyasında günün ən qollu qarşılaşması “Rəcəbspor” və “Moskva TM” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 10 qol. “Beerbaşa” – “Səbail FK” və “Maisan” – “Western Warriors” oyunlarının taleyini isə bir qol həll edib.

6-cı turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

Infinity Konferensiyasının VI Turunun tamamında iki komanda maksimum nəticə göstərərək 18 xalla turnir cədvəlinin 1-ci və 2-ci yerlərini bölüşürlər. “Moskva TM” və “Astara FK” komandalarını bir-birindən yalnız 7 top fərqi ayırır. Növbəti turlarda bu iki komanda xal itirmədən davam etsələr, MFL həvəskarlarını çox maraqlı bir oyun gözləyəcək. 

Aşağıda 10 dekabr tarixində Infinity Konferensiyasının VII turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Dekabrın 6-da isə Platinum konferensiyasının 6-cı turunun oyunları keçirilib. Bu konferensiyada da azarkeşlər maraqlı qarşılaşmalara şahidlik ediblər. Tur “Qaraçuxur”, “Rulewave Baku”, “Kapital Bank” və “Sirena Motors” komandalarının rəqibləri üzərində böyükhesablı qələbələri ilə əlamətdar olub. İki görüşdə isə bərabərlik qeydə alınıb.

6-cı turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

Platinum Konferensiyasının VI turunun tamamında top nisbəti üstünlüyü “Rulewave Baku” komandasını turnir cədvəlinin ilk pilləsində qərarlaşdırsa da, “Meyit United” və “Muğanbank” komandaları da eyni nəticə ilə topladıqları maksimum xal hesabı ilə ilk 3-lükdə qərarlaşıblar.

Aşağıda 13 dekabr tarixində Platinum Konferensiyasının VII turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Yeri gəlmişkən, cümə axşamı, dekabrın 6-da MFL TV-nin efirində #FootballTalk verilişinin növbəti buraxılışı işıq üzü görüb. Aparıcı Rəfiqə Əzizin qonaqları tanınmış idman jurnalisti Sənan Şəfizadə və CS komandasının kapitanı Coşqun Cəbiyev olub. Sənan futbol anonsçuluğundan, Coşqun isə CS komandasının bu ilki prespektivindən danışıb.

MFL United Sport 2018/19 – Sirena MotorsLeading Supply Solutions LLCUnited SportMcDonald's AzerbaijanMuganbankBOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.

Paylaş:
1071

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər