Vüsal Qasımlı: Prezident Administrasiyasının strukturunda dəyişikliklər iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Qasımlı: Prezident Administrasiyasının strukturunda dəyişikliklər iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək

12:01 - 02 / 06 / 2017
Vüsal Qasımlı: Prezident Administrasiyasının strukturunda dəyişikliklər iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezident Administrasiyasının strukturunda edilən dəyişikliklərlə bağlı 1news.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyevin Prezident Administrasiyasının strukturunda etdiyi son dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, son dövrlərdə Azərbaycanda bir çox mühüm islahatlar, o cümlədən institusional islahatlar davam etdirilir. Dövlətimizin başçısının siyasi iradəsi ilə aparılan bu islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Prezident Administrasiyasının strukturunda aparılan islahatlar da Prezident İlham Əliyevə daha effektiv və çevik xidmət etməyə imkan verən idarəetmə aparatının formalaşdırılmasına yönəlib.

Edilən dəyişikliklərlə Prezident Administrasiyasında mövcud olan müxtəlif vəzifə təsnifatlarının azaldılması və eyniləşdirilməsi, əlaqəli sahələr üzrə vahid vəzifə təsnifatının müəyyənləşdirilməsi və bununla effektiv koordinasiyanın təmin edilməsi, Administrasiyada daha geniş spektrli Prezident köməkçiləri strukturunun formalaşdırılması, dövrün tələblərinə adekvat yeni şöbələrin yaradılması və ya mövcud şöbələrin funksiyalarının təkmilləşdirilməsi təmin edilib.

-Vüsal müəllim, edilən dəyişikliklərdən biri də Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifə təsnifatına iqtisadi siyasət və sənaye məsələləri funksiyasının əlavə edilməsidir. Sizcə, bu dəyişiklik iqtisadi islahatlara nə kimi töhfə verəcək?

- Bu dəyişiklik haqqında onu deyə bilərəm ki, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin funksiyalarına iqtisadi siyasət və sənaye məsələlərinin də əlavə edilməsi iqtisadi islahatların əhatə dairəsinin genişlənməsinə və Strateji Yol Xəritəsinin icrası üçün daha əlverişli şəraitin formalaşmasına zəmin yaradır.

Mövcud dəyişikliklər, həmçinin iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisinin təmin olunmasına, iqtisadi islahatların bütün iqtisadi siyasət arsenalını əhatə etməsinə və formalaşdırılan vahid iqtisadi siyasət çərçivəsi daxilində daha effektiv iqtisadi islahatların aparılmasına gətirib çıxaracaq.

 Beləliklə, bu dəyişiklik iqtisadi siyasət kontekstində iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək. Bildiyiniz kimi, iqtisadi islahatlar iqtisadi siyasətin alt komponentidir və onun reallaşdırılma mexanizmidir. Edilən dəyişiklik vahid siyasət çərçivəsi ilə onun reallaşdırılması mexanizmi olan islahatlar arasında daha koordinasiyalı sistemin yaradılmasına imkan verəcək.

-Bəs iqtisadi islahatların planlaşdırılması və icrası ilə bağlı institusional struktur necə fəaliyyət göstərəcək?

- Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin strukturunda əvvəlki kimi 2 sektor: iqtisadi islahatların təhlili və planlaşdırılması və iqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorları iqtisadi islahatların təhlillər əsasında planlaşdırılması, sonradan monitorinqi və qiymətləndirilməsi fəaliyyətləri ilə məşğul olacaq. Digər sektorlar isə bu sektorların fəaliyyətinə dəstəkləyici funksiyalar həyata keçirəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisinin xidməti ilə birgə iqtisadi islahatların planlaşdırılması məqsədilə təhlillərin aparılması, qəbul edilmiş islahat qərarlarının effektiv kommunikasiyası, eləcə də monitorinqi və qiymətləndirilməsi fəaliyyətlərini davam etdirəcək.

Babək Cahandarov

Paylaş:
3978

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər