VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

22:47 - 14 / 08 / 2018
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə Yay Məktəbinin dünyanın 30 ölkəsindən olan iştirakçıları bu il iyulun 19-dan avqustun 9-dək Azərbaycanda bir araya gəldiklərini qeyd edirlər.

Onlar Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin Azərbaycanda müxtəlif milli, etnik, dini və mədəni mənsubiyyətli insanlar arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyinin bariz göstərici olduğunu, həmçinin 2018-ci ildə mədəniyyətlərarası dialoqun dünyada təşviqinə yönələn Bakı Prosesinin 10 illiyinin qeyd ediləcəyini vurğulayırlar.

“Yay Məktəbi çərçivəsində iştirak etdiyimiz tədbirlər, görüşdüyümüz insanlar və getdiyimiz yerlər bütün etnik qrupların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir ölkə olaraq Azərbaycan haqqında bizim nəzəri və praktiki biliklərimizi dərinləşdirdi və gücləndirdi. Biz, Azərbaycandan və 30 xarici ölkədən olan tələbələr Azərbaycanın Gənc Dostları Klubunun üzvləriyik. Biz bu məktəbdə multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti, eləcə də bu istiqamətdə aparılan uğurlu siyasət haqqında fikirlərimizi bölüşmək məqsədilə iştirak etdik”, - deyə müraciətdə qeyd edilir.

Yay Məktəbinin iştirakçıları müraciətdə Azərbaycana heyran qaldıqlarını və ölkə haqqında, eləcə də onun multikulturalizm siyasəti, qədim tarixi və mədəniyyəti ilə bağlı dünyada doğru məlumatların yayılması üçün öz fəaliyyətlərini davam etmək əzmində olduqlarını vurğulayırlar.

Sonda VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə dərin ehtiramlarını bildirirlər.

AZƏRTAC

Paylaş:
314

Son xəbərlər

AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56
Bütün xəbərlər