Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO

19:28 - 19 / 04 / 2019
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO

Aprelin 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Baş nazir təşkilatın regionun informasiya məkanında önəmini vurğulayıb. O, feyk xəbərlərin geniş yayıldığı bir dövrdə OANA-ya üzv agentliklərin etibarlı xəbər mənbəyi kimi qeyri-dürüst məlumatlarla mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib və onların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Aslan Aslanov tədbirin yüksək səviyyədə təşkilinə, mehriban qonaqpərvərliyə görə Baş nazirə, Vyetnam hökumətinə və VNA agentliyinə təşəkkür edib. O bildirib ki, vaxtılə UNESCO-nun himayəsi ilə yaradılan, Asiya və Sakit okean ölkələrinin aparıcı xəbər agentliklərini öz ətrafında birləşdirən OANA onlayn xəbər axını şəraitində, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtda öz nüfuzunu ildən-ilə daha da artırır, onu daha etibarlı, jurnalistika dəyərlərini qoruyub saxlayan təşkilat kimi önə çıxarır. Üzv agentliklər arasında sıx əməkdaşlıq xalqların adət-ənənələrini bir-birinə daha yaxından tanıtmaq, Asiya və Sakit Okean ölkələrində baş verən iqtisadi, siyasi, mədəni yenilikləri dünyaya daha asan çatdırmaq üçün böyük imkanlar yaradır.

Vyetnam Xəbər Agentliyi ilə AZƏRTAC arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Aslan Aslanov bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin Vyetnam və Azərbaycan xalqlarının obyektiv məlumatlarla operativ təmin olunmasındakı rolundan məmnunluqla söhbət açıb.

Baş nazir Nguyen Xuan Phuk Vyetnamın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd edərək, iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Hanoy ilə Bakı arasında birbaşa aviareyslərin açılmasının mümkünlüyünü qeyd edib. Baş nazir bir vaxtlar Azərbaycanda ali təhsil alan bir çox vyetnamlının indi dövlət və hökumət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını söyləyib, bu insanların ölkələrimiz arasında əlaqələrin daim yaxınlaşmasına öz töhfələrini verdiklərini bildirib.

Görüşdə müasir medianın inkişafı məsələləri, feyk xəbərlərlə mübarizə, innovasiyalı texnologiyalardan səmərəli istifadə yolları, qabaqcıl təcrübənin tətbiqi və digər aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
4632

Son xəbərlər

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51
Bütün xəbərlər