Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilir – FOTO

18:30 - 24 / 02 / 2018
Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilir – FOTO

Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm əsərlərindən ibarət sərgi və ədəbi-bədii tədbir keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Xocalı soyqırımının şahidləri, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, idmançılar, “ASAN xidmət”in əməkdaşları, KİV-lərin və QHT-lərin təmsilçiləri iştirak ediblər.

2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası on ildir uğurla həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyasının məqsədi bu qətliam haqqında həqiqətlərin dünyada yayılmasına, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. İndiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb.

“Qarabağın səsi” aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri qəbul edilib. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən bu il fevralın 15-də DTX-nin Mədəniyyət Mərkəzində həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib.

Sərgidə iştirak uçun yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin dörd yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.

DTX-nin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir “Qarabağın səsi” aksiyasına təqdim olunmuş və münsiflər heyəti tərəfindən seçilmiş ən təsirli və diqqəti cəlb edən əsərlərin sərgisi ilə başlanıb.

Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış, Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlılara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə Xocalı soyqırımına dair fakt və sübutları əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına “Qarabağın səsi” aksiyasının gənc və istedadlı yaradıcı kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri Xocalı soyqırımı ilə bağlı hazırlanmış çox təsirli və zəngin ədəbi-bədii proqram təqdim olunub.

S.Xankişiyeva

Paylaş:
964

Son xəbərlər

Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər