Yeni VESTEL texnologiyası yeni mağazada – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni VESTEL texnologiyası yeni mağazada – FOTO

15:30 - 17 / 01 / 2019
Yeni VESTEL texnologiyası yeni mağazada – FOTO

İllər keçdikcə süni intelekt evimizin, mətbəximizin, məişətimizin bir hissəsinə çevrilərək həyatımıza yeniliklər bəxş edir.

Sürətlə inkişaf edən texnoloji dünyada istehsalçılar öz istehlakçılarının qarşısına daha ağıllı həllərlə gəlməyə çalışır. Bu cür istehsalçılardan biri – Türkiyənin VESTEL brendi bu gün dünya bazarına rəqabətədavamlı yüksək innovativ məhsulları ilə çıxır.

Türkiyədən dünyaya yayılan bu müasir texologiya hər yerdə olduğu kimi, Azərbaycan elektronika bazarında da böyüməyə davam edir. VESTEL brendi altında istehsal olunan müasir, yüksək keyfiyyətli məişət texnikalarını Azərbaycan boyu onlarla satış nöqtələrindən əldə etmək mümkündür. Bu günlərdə isə paytaxt Bakıda açılışı olan “Optimal Live” mağazasında VESTEL Azərbaycan vətəndaşlarına növbəti yeni məhsullarını təqdim etdi.

Müasir dizayn standartlarına cavab verən müxtəlif ekran ölçülü yeni VESTEL Smart TV-lər texniki göstəricilərinə görə öncül seçimlərdən sayılır. Ekran parlaqlığını avtomatik tənzimləyən bu televizorlarda görüntü hətta günəş şüalarının birbaşa ekrana düşdüyü hallarda belə keyfiyyətini itirmir.

VESTEL markası altında istehsal olunan televizor, soyuducu, paltaryuyan, qabyuyan maşın, soba və kondisionerlər bütün ekosistemlərə uğurla inteqrasiya olunub. Müasir texnologiyanın verdiyi imkanlardan biri olaraq bu gün evdən kənarda olduğunuz halda belə bir-birinə virtual bağlı bu məişət texnikalarını ağıllı telefonunuz vasitəsilə idarə edə bilərsiniz. Məsələn, evdə heç kim olmasa belə, paltarlarınızı yuya, kondisioneri işə sala, yeməyinizi bişirə bilərsiniz.

İnnovativ VESTEL paltaryuyanları “PyroJet” texnologiyası əsasında çalışaraq paltar yuduğunuz an enerjiyə və suya 70 dəfəyədək qənaət edir. Bu model paltaryuyan 8 kq paltarı cəmi 90 dəqiqədə, üstəlik, səssiz yuyur. Yeni istehsal VESTEL paltarqurudan maşınları 7, 8, 9 kq həcmdə paltarları qəbul edir, onları tez bir zamanda qurudur. Son model VESTEL soyuducuları “VacuumBag” texnologiyası sayəsində soyuducunun daxilində vakuum mühit yaradır ki, bu da məhsullarınızı dolabda daha uzun müddət (7 dəfə çox) saxlamağınızı təmin edir.

“Heat Wrap” texnologiyası əsasında hazırlanan VESTEL sobalarında eyni zamanda 5 yemək hazırlamaq mümkündür. Bu innovativ sobada bişən yeməklərin qoxuları bir-birinə qarışmır, yəni sobada eyni vaxtda rahatlıqla balıq, keks, pizza bişirmək mümkündür.

Texnologiyada yeni səhifələr açan VESTEL fiziki qüsurlu insanların da məişət həyatını nəzərə alaraq öz məhsullarında onlar üçün xüsusi effektli həllər tətbiq edir. Görmə qüsurlu insanlar üçün paltaryuyan maşının idarə panelindəki “Braille” əlifbası, səsli TV idarəetmə pultu, eşitmə qüsurlular üçün xüsusi öyrədici vidolar bu qəbildəndir.

Azərbaycanlı istehlakçılar bütün bu sadalanan və digər müasir məişət texnikalarını VESTEL-in ölkəmizdəki rəsmi satış təmsilçisi Optimal Electonics mağazalar şəbəkəsindən sərfəli şərtlərlə əldə bilərlər. Bakı şəhəri, Səməd Vurğun küçəsi 110 ünvanında yerləşən “Vurgun Residence”də yeni açılan “Optimal Live” mağazasında müştərilər bütün məhsulları həm də yerindəcə yoxlaya, canlı test edə bilərlər. VESTEL Azərbaycanın timsalında bütün dünyaya texnoloji yenilik gətirməkdən, məişətinizin bir parçası olmaqdan qürur duyur.

Reklam hüququnda

 

Paylaş:
1120

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06
Bütün xəbərlər