Zakir Həsənov “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir – FOTO

14:45 - 18 / 10 / 2018
Zakir Həsənov “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirliklərinin, Silahlı Qüvvələrin Baş Qərargahının, NATO qərargahının, Avropa Müdafiə Agentliyinin və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda, müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.

Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin sərgiyə qatılan xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullarla tanış olaraq onların təyinatları barədə ətraflı məlumat alıb.

Səfər çərçivəsində müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.

S.Xankişiyeva

Paylaş:
536

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər