Fuad Abbasov: “Rusiya telekanallarında hər çıxışımdan sonra məni ölümlə hədələyirdilər” | 1news.az | Xəbərlər
Müsahibə

Fuad Abbasov: “Rusiya telekanallarında hər çıxışımdan sonra məni ölümlə hədələyirdilər”

14:52 - 20 / 04 / 2016
Fuad Abbasov: “Rusiya telekanallarında hər çıxışımdan sonra məni ölümlə hədələyirdilər”

Yaxın günlərdə “İhlas” informasiya agentliyinin əməkdaşı, daha çox azərbaycanlı və rus tamaşaçıların Rusiya telekanallarında siyasi tok-şoularda parlaq çıxışları ilə yaddaqalan Fuad Abbasov Facebook sosial şəbəkəsində işdən çıxarılmağı ilə bağlı yazmışdı.

Onun sözlərinə görə, o, “Moskvyaya daxil olan tələb əsasısında” işdən çıxarılıb.

Vəziyyətə aydınlıq gətirmək üçün 1news.az informasiya agentliyi Fuad Abbasova müraciət edib:

- Cənab Abbasov, necə düşünürsünüz, işdən çıxarılmağınızın başlıca səbəbi nədir?

- Rəhbərlikdən mənə təqdim edilən rəsmi məktubda səbəb olaraq göstərilib ki, Moskvada işlər uyğun şəkildə getmir. Mən bilmirəm bu, nə dərəcədə doğrudur, lakin rəsmi olaraq məhz bu, səbəb kimi göstərilir. 

- Daha əvvəllər agentliyin rəhbərliyindən hər hansı bir Rusiya telekanalında siyasi tok-şouda iştirak etməklə bağlı qadağa daxil olubmu? Bu sahədə redaksiyadan məhdudiyyətlər varmı? Kimsə sizə bu cür verilişlərdə iştirakınızın məqsədə uyğun olmadığını söyləyibmi?

- Hər hansı formada etiraz nəinki iş yerindən, hətta Türkiyənin Moskvadakı səfirliyindən də gəlməyib. Mən Rusiya telekanallarında təxminən 40-50 dəfə çıxış etmişəm və heç vaxt heç bir problem olmayıb.

- Siz Facebook sosial şəbəkəsində yazmısınız ki, işdən çıxarılmağınızın səbəbi “Moskvaya daxil olmuş tələbdir”. Kimdən şübhələnirsiniz?

- Bilmirəm, ümumiyyətlə təsəvvür belə etmirəm ki, kim Moskvaya zəng edə bilər. Sadəcə onu deyə bilərəm ki, adını qeyd etmək istəmədiyim agentlik əməkdaşı mənə dedi ki, işdən çıxarılmağımla bağlı tələb Moskvaya daxil olub. Bu, hansı məqsədlə edilib deyə bilmərəm.

Lakin xüsusi qeyd etmək istərdim ki, agentliyə işə qəbul və çıxarılma səlahiyyəti baş direktor Tomas Bonifildin ixtiyarındadır. O, Sankt-Peterburqda ali təhlisini tamamalayıb, uzun müddət NBC telekanalının nümayəndəsi kimi çalışıb və 2012-ci ildən də “İhlas” agentliyinin baş direktorudur. Məhz o, əməkdaşların işə qəbul olunmasına və çıxarılmasına cavabdehdir.

- İşdən çıxarıldıqdan sonra başqa informasiya agentliklərindən hər hansı təklif gəlibmi?

- Rəsmi olaraq heç bir təklif gəlməyib.

- Siz rusiya telekanallarında siyasi tok-şoularda iştirakınızı davam etdirəcəksinizmi?

- İşdən çıxarılmağımla yanaşı təkliflərin də sayı azalıb. Ola bilsin ki, bu, Rusiyada günün mövzusu olan Dağlıq Qarabağ və Rusiya-Türkiyə münasibətlərindən də asılıdır. Gələcəkdə, hər hansı bir informasiya agentliyində çalışacağım zaman hesab edirəm ki, bu cür təkliflər dəyərləndiriləcək.

- Biz sizin hər çıxışınızı diqqətlə izləyirik. Və bizdə belə bir təəssürat yaranır ki, verilişə yalnız bir azərbaycanlı dəvət olunur ki, o da onlarla ermənipərəst və antiazərbaycan mövqe tutan ekspert, siyasətçi, politoloqla qarşıdurmaya məcbur edilir. Bunları nəzər alaraq, bu cür debatlarda iştirarak etmək nə dəərcədə doğrudur?

- Rusiya telekanallarının yayım siyasəti bu cürdür. Onlar verilişə bir nəfər çağırır və 10 nəfəri onun üzərinə salmaqla sanki Rusiya tamaşaçılarında baxın, biz düşməni müzakirlərdə sındırdıq illüziyasını yaratmağa çalışırlar. Rusiya telekanallarının yayım siyasətindən asılı olmayaraq dəvət olunduğum verilişdə hər zaman öz sözümü demişəm, baxmayaraq ki, hər zaman təhqirlərə məruz qalmışam və söz hüququm əlimdən alınıb.  

Mən rus tamaşaçısına azərbaycanlı və ya türkün demək istədiyini söyləmişəm. Bu cür proqramlarda iştirak etmək mənim üçün hər şeydən vacib rus tamaşıçısının diqqətinə Türkiyə və Azərbaycanın mövqeyini çatdırmaq olub.

Mövzu ilə əlaqədar oxuyun:

Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan arasındakı münaqişənin gərginləşməsi Rusiya KİV-nin gözü ilə

- Çıxışlarınızdan sonra hər hansı təhdidlə qarşılaşmısınızmı?

- Küçədə, nəqliyyatda, ictimai yerlərdə heç bir təhdidlərlə qarşılaşmamışam. Lakin hər çıxışımdan sonra Facebook-dakı ünvanıma hədə-qorxular daxil olurdu. Misal üçün, “ əgər səni efirdə bir daha görsək, öldürəcəyik”, “səni evinin qarşısında gözləyəcəyik”. Lakin mən sosial şəbəkələrdən daxil olan təhdidləri ciddiyə almıram. Əks halda mən, gərək küçəyə çıxa bilməyəydim, bu isə mümkün deyil.

- Maraqlıdır, siz Rusiya kanallarına necə akkreditə olunmusunuz? Eşitmişik ki, ekspertlərimiz tərəfindən daxil olan istənilən təkliflər imtina edilib, belə ki onların öz ekspertləri var...

- Verilişin prodüsseri iştirkaçılar barədə özü qərar verir. Zəng edir və dəvət edir. Nömrəm Rusiya XİN-ində əcnəbi jurnalist olaraq akkreditə olunub, prodüsser bu siyahıdan jurnalisti tapır və ona zəng edir. Qeyd etmək istəyirəm ki, bu cür verilişlərdə çıxış edərkən dəfələrlə azərbaycanlı ziyalıların, jurnalistlərin, tarxiçilərin iştirakı barədə məsələ qaldırmışam, istəmişən ki Azərbaycana qarşı informasiya blokadası münasibəti aradan qaldırılsın.

Təəssüflər olsun ki, prodüsserlər bu azərbaycanlıların əlaqə nömrələrini məndən alsalar da, onlardan heç birinə zəng etməyiblər. Hər dəfə verilişə gələrkən orada təkbaşına çıxış etməli olmuşam.

İşdən çıxmadan əvvəlki çıxışımda mən, Rusiya prodüsserlərinə ultimatim verdim ki, əgər verilişinizdə iştirakımı istəyirsinizsə o zaman azərbaycanlı mütəxxəsislər də burada iştirak etməlidir. Ya mən azərbaycanlı mütəxxəsislərlə gəlirəm, ya da heç gəlməyəcəyəm.  

Və bundan sonra onlar azərbaucanlı jurnalistlərdən birinə verilişdə iştirak etməyə imkan verdilər, onu da özləri seçmişdi. Mən onlara siyahı vermişdim. Və onlar “Səs hüququ” verilişinə azərbaycanlı politoloqu dəvət etdilər. Bu proqramdan sonra bildiyiniz kimi biz, ermənilərin Azərbaycana qarşı təxribat xarakerli məlumatlarını təmizləyə bildik.

- Verlişin aparıcısının Bakıdan olan erməni – Roman Babayan olduğunu bilirdiniz. Onunla hər hansı bir mübahisə olubmu?

- Roman Babayan həmin verilişin aparıcısıdır. Milliyyətindən asılı olmayaraq o, proqram rəhbərliyinin, prodüsserin tapşırığına əməl etməlidir. Hamı bilir ki, o, Azərbaycan dilində yaxşı danışa bilən Bakıdan olan ermənidir. Demək istərdim ki, o, münaqişə olan zaman, hətta reklam çarxları zamanı qarşı tərəflə mübahisə olanda da qarışmırdı.

Roman yaxşı bilir ki, tərəflərdən hansınasa qarışmaq onun özü üçün mənfi olacaq. Aydındır ki, o ermənidir və erməni mövqeyini dəstəkləyir və ondan neytral mövqe gözləmək düzgün deyil.

- Bu verilişdə separatçı rejimin nümayəndələri də iştirak edib. Onun iştirakına qarşı etirazlar olubmu?

- Bu proqramda iştirak edən azərbaycanlılar – mən, Aydın Mehdiyev, Samir Məmmədov efirə çıxana qədər onun kim olduğunu bilmirdik. Orada onu heç kim təqdim etməmişdi. Proqrama qədər ermənilər otağın bir hissəninə toplaşaraq öz aralarında söhbət edirdilər, biz də digər hissədə. Biz əks tərəfdə kimin olduğundan xəbərimiz yox idi və ona qarşı etiraz etməyə də imkanımız yox idi.

- Gələcək planlarınız nədir?

- İstərdim ki, gələcəkdə də Moskvada çalışım və Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edim. Bir azərbaycanlı olaraq biliklərimi, enerjimi Vətənimin xeyrinə sərf etmək istərdim. Hələlik heç bir təklif yoxdur, lakin düşünürəm ki, gələcəkdə dəvətlər olacaq.

Sonda qısa olaraq özüm haqda demək istərdiim ki, Bakıda doğulmuşam, İstanbul Universitetində jurnalistika fakültəsini bitimişəm. Daha əvvəllər “Anadolu” agentliyində, yaxın zamanlara qədər isə “İhlas” agentliyində çalışmışam.

1news.az

Paylaş:
4920

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər