1,3 və 5 qəpiklər yığışdırılacaq? - EKSPERT AÇIQLADI | 1news.az | Xəbərlər
İqtisadiyyat

1,3 və 5 qəpiklər yığışdırılacaq? - EKSPERT AÇIQLADI

17:01 - 17 / 10 / 2018
1,3 və 5 qəpiklər yığışdırılacaq? - EKSPERT AÇIQLADI

Xırda qəpik problemindən qurtulmağın ən yaxşı yolu nağdsız ödənişlərin artırılmasıdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Sfera.az-a açıqlamasında 1, 3 və 5 qəpiklik sikkələrin demək olar ki, dövriyyədə işləməməsi və bu halda onlardan qurtulmağın yolları barədə məsələyə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, xırda qəpiklərin dövriyyədə qalmasının iqtisadi əsasları yoxdur:

"Burada başqa bir maraqlı cəhət odur ki, Azərbaycanın 1,3 və 5 qəpikliklərinin istehsalı prosesinin maya dəyəri öz nominal dəyərindən daha baha başa gəlir. Azərbaycanda bildiyiniz kimi, 1,3 və 5 qəpikliklər istehsal olunmur. Manat ümumiyyətlə xaricdə istehsal olunur. Sikkələr əsasən Avstriyada çap olunur. Ona görə də həmin qəpiklərin daşınma və istehsal xərci nominal dəyərindən baha olur. Bu səbəbdən onların dövriyyədə olması və yenilərinin istehsalı artıq iqtisadi cəhətdən də məntiqə uyğun deyil. Yəni iqtisadi əsasslandırma da yoxdur. Çünki ciddi problem var.

Maya dəyəri çox yüksəkdir. Ən yaxşı yol nağdsız ödənişlərin təşviqi məsələsidir. Nağdsız ödənişlərin təşviqi zamanı isə ümumiyyətlə qəpiklərə ehtiyac qalmayacaq. Bir müddətdən sonra təbii üsullarla 1 və 3 qəpikliklər ticarət dövriyyədən çıxarılmalıdır. 5 qəpiklikdən isə hələ də kifayət qədər istifadə olunur. Onların yenilərinin istehsalına ehtiyac yoxdur və ona görə də bir müddət dövriyyədə qala bilər. Qəpik problemindən qurtarmağın ən yaxşı yolu dediyim kimi, nağdsız ödənişlərin artırılmasıdır. Bu zaman həm dövriyyə şəffaf olur, vergi daxil olmaları və ticarət obyektlərinin məsuliyyəti artıq. Hökumət bu istiqamətdə ciddi düşünərək addımlar atmalıdır”.

Qeyd edək ki, Azərbaycanda 1,3 və 5 qəpikliklər də dövriyyədədir. Hansı ki, bu qəpikləri demək olar ki, heç bir yerdə, heç bir satış məntəqəsində götürmürlər. Belədə görünən odur ki, xırda qəpiklər lazımsız pula çevrilir. Bu fonda onların dövriyyədə qalmasındansa, dövriyyədən çıxarılması daha məqsədəuyğundur”.

S.Xankişiyeva

 

 

Paylaş:
1679

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər