1news.az

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində... YENİLƏNİB

19 Aprel saat 15:03 ~ 2 dəqiqəlik oxu 588
56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində... YENİLƏNİB

ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Gəncin atası Yalçın Quliyev Trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

“Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun”.

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib:

“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Yasin Uğurun Türkiyənin Sabancı Universitetinə qəbul olunduğu və 56 min dollar təqaüd alacağı ilə bağlı xəbərlər yayılıb.

13:18

17 yaşlı azərbaycanlı gənc Yasin Uğur Türkiyənin Sabancı Universitetinə qəbul olub.

1news.az-ın verdiyi xəbərə görə, məsələnin maraqlı tərəfi odur ki, Yasin 56 min dollar təqaüd alacaq. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Məlumata görə, Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox unveristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazanıb. Bundan başqa o, 100/100 bursla Türkiyənin Bahçeşehir Universitetinə qəbul alıb. 

Sabancı Universitetini seçən həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. 

Ona 56 000 dollar təqaüd veriləcək.

Qeyd edək ki, Yasin "Ankara məktəbi" məktəb-liseyi, "İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net