20 Yanvar hadisələri və aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar hadisələri və aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib – FOTO

19:13 - 16 / 12 / 2017
20 Yanvar hadisələri və aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib – FOTO

Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində 20 Yanvar Fondunun sədri Şövqi Bunyatovun müəllifi olduğu “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimatı keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, dövlət himninin səsləndirilməsindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə kitab haqqında məlumat verərək bildirib ki, nəşr yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin - 20 Yanvar faciəsinin və aprel döyüşlərinin təhlilinə həsr edilib. Əsərdə hər iki hadisə arasında aparılan müqayisədə əsas diqqət lider-millət vəhdətinin taleyüklü əhəmiyyətinə ayrılıb. Tarixi faktlara istinad edən müəllif 20 Yanvar hadisələrində ümummilli lider Heydər Əliyevin xalqına göstərdiyi mənəvi dəstəyi geniş təhlil edib, milli ruhun yüksəldilməsində bu dəstəyin əhəmiyyətini ön plana çıxarıb. “Dördgünlük müharibədə” qazanılan uğur isə güclü liderin və iradəli millətin sarsılmaz birliyinin nəticəsi kimi təhlil olunub.

Kitabın elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı kitabda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu hadisələrlə bağlı bəyanatlarının, çıxışlarının, fərman və sərəncamlarının yer almasını onun önəmini daha da artırdığını diqqətə çatdırıb.

Sonda müəllif Şövqi Bunyatov nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

S.Xankişiyeva

 

Paylaş:
995

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər