“Maxi.az”: “Umico Market” ilə əməkdaşlığımız yalnız zaman məsələsi idi” - FOTO

“Maxi.az” internet mağazasının daxil olduğu “İnteqral” QSC-nin baş direktoru Əliağa Babayevlə müsahibə verib.
Müsahibəni təqdim edirik:
- “Maxi.az” mağazalarının oflayn satış şəbəkəsinin bağlanması birmənalı qarşılanmadı. Bu hadisə bir çox suallara, hətta şayiələrə də səbəb oldu. Bütün qeyri-müəyyənliklərə nöqtə qoymaq üçün bu barədə oxuculara ətraflı məlumat verməyinizi xahiş edirik.
- Bir müddət öncə, daha dəqiq desək, iyunun 25-də “Umico Market” və “Maxi.az” internet mağazası arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu müqaviləyə əsasən “Maxi.az” şəbəkəsinin geniş məhsul çeşidlərini Umico.az saytında və “Umico” mobil tətbiqində sifariş edə bilərsiniz.
Mən bu əməkdaşlıq müqaviləsinin imzalanmasını tarixi hadisə adlandırırardım. Bu, bütün dünyada olduğu kimi, son illər elektron ticarətin geniş vüsət aldığı ölkəmizdə bu istiqamətdə atılan mühüm addımdır. Azərbaycanda isə e-ticarət dedikdə ağıla ilk olaraq “Umico Market” platforması gəlir. Bu platforma həm alıcılar, həm də tərəfdaşlar üçün əlverişli imkanlar təqdim edir.
Biz daim müxtəlif ölkələrin biznes təcrübəsini izləyir və öyrənirik. Ona görə də deyə bilərəm ki, əməkdaşlığımız yalnız zaman məsələsi idi. Bizim tərəfdaşlığımızın nümunəsi birmənalı olaraq Azərbaycanda onlayn ticarəti yeni səviyyəyə çatdıracaq!
- “Maxi.az” şəbəkəsi Azərbaycan bazarında hər zaman böyük məişət texnikasının satışı ilə seçilib. Bəs hazırda böyük məişət texnikası ilə bağlı vəziyyət necədir?
- Maxi.az böyük məişət texnikası satışında liderlər sırasında qalır və həmişə bu istiqamətdə ən yaxşı təklifləri ilə seçilir. Bura həm 1 ildən 3 ilədək istehsalçı zəmanəti, həm sərfəli qiymətlər, həm də geniş seçim imkanı daxildir. Məhsullar böyük ölçülü olsa da, “Umico” bütün Azərbaycan ərazisinə çatdırılma həyata keçirir. Artıq getdikcə daha çox alıcı böyük məişət texnikasını onlayn sifariş etməyə üstünlük verir.
- Endirimlər və xüsusi aksiyalar haqqında nə deyə bilərsiniz? Sizin üçün yeni olan bir platformada bunlar necə həyata keçiriləcək?
- Deyə bilərik ki, biz müştərilərimiz üçün hər həftə promo məhsullar üzrə endirimli qiymətlər və xüsusi təkliflər təqdim edirik. Tez-tez keçirilən endirimlər və aksiyalar həmçinin “ Umico”-dan daha çox keşbek qazanmağa imkan verir ki, bu da alış-verişinizi daha əlverişli əlverişli edəcək. Bu və ya digər endirimlər və aksiyalar haqqında ətraflı məlumatı sosial şəbəkələrdə və platformanın özündə əldə etmək olar. Alıcılarımızın əksəriyyəti xüsusi təklifləri qaçırmamaq üçün sosial şəbəkələrdəki səhifələrimizi və PUSH bildirişləri diqqətlə izləyir.
İstehlakçılara bazarda ən yaxşı təklifləri təqdim etmək məqsədilə “Maxi.az” tərəfindən yaradılmış ÖHA (Öyrən, Hesabla, Al) konsepsiyasını da qeyd etmək istərdim. ÖHA vasitəsilə alıcılar qiymətlərimizi və təkliflərimizi rəqiblərlə müqayisə edə, bununla da “Maxi.az”da alış-verişin daha sərfəli olduğuna əmin ola bilərlər.
- Bu keçid zəmanət və zəmanət xidmətinə necə təsir etdi?
- Bir çox brendlərin rəsmi distribyutoru və xidmət təminatçısı olaraq, biz müştərilərə rəsmi istehsalçı zəmanəti təqdim edirik. Satış kanalının dəyişməsi bu və ya digər məhsulun zəmanətinə təsir göstərmir. Biz hər zaman müştərilərimizə yüksək səviyyəli satışsonrası xidmət təklif edirik.
- “Maxi.az” “Umico”nun əsas oyunçularından hesab olunur. Bəs bu əməkdaşlıqdan potensial alıcılar nə əldə edəcəklər?
- Peşəkar komandamız gündəlik olaraq istehlakçı tələbatının və bazar qiymətlərinin monitorinqini aparır. Bizim üçün bu, hər zaman pərakəndə biznesinin əsası olub və bundan sonra da belə olacaq. Nəticədə qısa müddət ərzində bir çox məhsul üzrə “Umico Market”-in daxilində, "ən sərfəli qiymət" mövqeyini əldə etmişik. Tezliklə siz həm rəqəmsal və məişət texnikası kateqoriyaları, həm də yeni kateqoriyalar üzrə məhsul çeşidinin genişləndirilməsi istiqamətində aparılan işlərin nəticəsini görəcəksiniz.
Endirimlər və aksiyalar haqqında yuxarıda qeyd etdim, ümumilikdə isə mümkün üstünlüklərin sayı kifayət qədər çoxdur. Bura geniş çatdırılma imkanlarını da daxil edərdim. Artıq “Umico Market”də siz demək olar ki, Azərbaycanın hər bir bölgəsindən məhsul sifariş verə bilərsiniz. Sifarişlərin hətta ölkənin ən ucqar bölgələrinin qəbul məntəqələrinə çatdırılması təxminən 3 gün ərzində həyata keçirilir. Bu isə məhsulların xarici ölkələrdən sifariş edilməsindən qat-qat sürətlidir.
Eyni zamanda, “Umico Market”də cəmi 2 saat ərzində həyata keçirilən sürətli çatdırılma imkanı da mövcuddur və siz Maxi.az –ın təqdim etdiyi bəzi məhsulların alışı zamanı ekspress çatdırılmadan istifadə edə bilərsiz. Bakıdan əlavə, Şüvəlandan Nardarana qədər, Abşeron yarımadasının bütün şimal-şərq sahili boyunca sürətli çatdırılma mümkündür.
Eləcə də, “Kapital Bank” “Maxi.az” müştərilərinə əlverişli və sərfəli təkliflərdən yararlanmaq üçün şərait yaradır. Bura 24 ayadək taksit, 5 % keşbek və əlverişli kredit şərtləri daxildir.
- Onlayn alış-verişin faydaları aydındır, bəs alıcılar test edə bilmədikləri məhsulun onlara uyğun olub-olmadığını necə öyrənə bilər?
- Rəqiblərin köməyi ilə (gülümsəyir). İstənilən mağaza şourumdur. Buna görə də onlayn kanalda alıcı bəyəndiyi potensial məhsulu sınaqdan keçirə və nəhayət almaq qərarına gəldikdə, onu “Umico” tətbiqində satıcılar siyahısında “Maxi.az”ı tapmaqla, aşkar qiymət üstünlüyündən yararlanaraq sifariş edə bilər.
- Gələcək tərəfdaşlığın perspektivlərini necə görürsünüz?
- “Maxi.az”ın e-ticarət sahəsində gələcək inkişafı üçün əla fürsət olan bu tərəfdaşlıq daha çox müştəriyə təqdim etdiyimiz məhsulları almaq imkanı verəcək. Qeyd edim ki, tərəfdaşlıq sayəsində biz müştərilərə oflayn mağazalara nisbətən daha çox məhsul çeşidləri təklif edə bildik, bu da öz növbəsində bizə alıcıların çoxsaylı arzu və istəklərini yerinə yetirmək üçün yeni imkanlar yaradır.
Artıq qeyd etdiyim kimi, “Maxi.az”ın yaxın gələcəyə olan planlarına məhsul çeşidlərimizi müntəzəm olaraq yeni məhsullarla zənginləşdirmək və alıcılara yeni imkanlar yaratmaq daxildir. Biz Azərbaycanda elektron ticarəti inkişaf etdirməyə və alıcıları maksimum dərəcədə sevindirməyə davam edəcəyik. Bundan başqa, hər iki şirkətin birgə səyləri ilə biz müştərilərin istəklərini və ehtiyaclarını öyrənməyə və düzgün qiymətləndirməyə, eləcə də onların məmnuniyyətini artırmağa davam edəcəyik.
Komandamız yeni təkliflər üzərində işləyir. Bu barədə hamıdan əvvəl xəbər tutmaq üçün “Maxi.az” və “Umico”nun sosial şəbəkələrindəki aksiyalarını izləyə bilərsiniz.
Reklam hüququnda