Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab verib

Qafar Ağayev13:25 - 16 / 05 / 2024
Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab verib

Fransanın daxili işlər naziri Jerar Darmaninin 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik.

1news.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

“İlk növbədə, Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.

Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı.

Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.

Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”, - XİN rəsmisi qeyd edib.

Paylaş:
362

Son xəbərlər

Binəqədi rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib - FOTO31 / 10 / 2024, 17:52Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək - FOTO31 / 10 / 2024, 17:49Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib - Sakinlər təxliyə edilib - VİDEO31 / 10 / 2024, 17:43“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib31 / 10 / 2024, 17:21ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO31 / 10 / 2024, 17:13Bakıda PAŞA Holding-in dəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb31 / 10 / 2024, 17:01Ceyhun Bayramov britaniyalı nazirlə sülhdən danışdı31 / 10 / 2024, 16:53Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib - Prezidentdən SƏRƏNCAM31 / 10 / 2024, 16:41Zakir Həsənov “Mərakeş Aviaşou 2024” sərgisinin açılış mərasimində iştirak edib31 / 10 / 2024, 16:22İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb31 / 10 / 2024, 16:13Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli şəxslər saxlanıldı31 / 10 / 2024, 16:08COP29 Yaşıl Zona üzrə biletlərin yaxın zamanda əldə edilməsi mümkün olacaq31 / 10 / 2024, 16:06Paytaxt məktəblisi çempion olub31 / 10 / 2024, 15:49Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu31 / 10 / 2024, 15:37Bakının 8 Noyabr prospektində əsaslı təmir işləri yekunlaşmaq üzrədir - FOTO - VİDEO31 / 10 / 2024, 15:14Prezident Banqladeşin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib31 / 10 / 2024, 15:09Dövlət Vergi Xidməti “Kartdan karta” üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edib31 / 10 / 2024, 14:56COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq31 / 10 / 2024, 14:43Noyabrda yağıntılar normadan çox olacaq - Aylıq PROQNOZ31 / 10 / 2024, 14:33Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib31 / 10 / 2024, 14:28
Bütün xəbərlər