Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRH

Qafar Ağayev11:00 - 18 / 05 / 2024
Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRH

Azərbaycanda illərlə müxtəlif istiqamətlərdə islahatlar aparılır.

Bunlardan biri də sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlarlardır. Biznes mühitinin yaxşılaşdırılması, azad sahibkarlığın təşviq edilməsi ölkəni inkişafa aparan amillərdəndir.

Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür? Atılan addımlar hədəfinə çata bilirmi? Sahibkarların bu istiqamətdə təklifi nədir?

1news.az məsələ ilə bağlı Milli Məclisin deputatı və iqtisadçı ekspertin fikirlərini öyrənib.


Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, 2018-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatında şaxələndirilmiş islahatlara geniş vüsət aldı və hökumət tərəfindən tətbiq olunan həmin yanaşmada əsas məqsəd iqtisadiyyatın zəruri istiqamətlərinin ağardılması, dayanıqlı iqtisadi inkişafın qorunmasına nail olmaq idi.

“Bununla yanaşı olaraq uzun müddət çəkən müzakirələrdən sonra Azərbaycan Parlamenti sahibkarların, eləcə də özəl iqtisadi subyektlərin hərtərəfli azad inkişafını təmin etmək məqsədilə Rəqabət Məcəlləsini qəbul etmişdir. Eyni zamanda, hər il sahibkarlıq fəaliyyəti ilə məşğul olan iqtisadi subyektlərin işinin asanlaşdırılması məqsədilə vergi qanunvericiliyində çoxlu sayda dəyişikliklər, təkmilləşmə prosesi həyata keçirilir, ictimai dinləmələr təşkil olunur.
Dövlət tərəfindən xüsusi olaraq kiçik və orta biznesin əlaqələndirilməsi və dövlət dəstəyinin göstərilməsi üçün institusional qurumlar yaradılıb və bu proses bu gün də davam etməkdədir.

Bütün bu görülmüş işlər və qarşıda nəzərdə tutulmuş tədbirlər ümumilikdə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hədəflənib”.

O, bildirib ki, bu gün 4-cü sənaye inqilabının baş verdiyi bir dövrdə sahibkarlıq fəaliyyətini daha da asanlaşdırmaq, burada yeni texnologiyaların tətbiqi və innovativ startapların daha geniş vüsət alması üçün istər ali təhsil müəssisələrində, istərsə də institutsionallaşmış qurumlarda beynəlxalq təcrübə öyrənilməli, əlavə olaraq yerli və beynəlxalq bazarlara əlçatanlıq sadələşməlidir”.

İqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, 20 il əvvəlki dövrlə indiki dövr arasında müqayisə də ildən-ilə azad sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi istiqamətində xeyli inkişaf var.

“Bu həm ayrı-ayrı dövlət qurumlarının sahibkarlara olan münasibətində hiss olunur, həm sahibkarlara yönəlik dəstək alətlərinin, təşviq mexanizmlərinin artımında, eyni zamanda rəqabət mühitinin dəstəklənməsində hiss olunur” .

Ekspert deyib ki, ölkədə azad sahibkarlığın olması üçün vacib şərtlərdən biri əlverişli qanunvericilik bazasının olmasıdır.
“Bu istiqamətdə də işlər gedir. Bu ildən dövlət satınalmaları haqqında qanunun qəbul edilməsi sahibkarlıq fəaliyyətinə dəstək verən bir vasitə olaraq qiymətləndirilə bilər.
Rəqabət Məcəlləsinin qəbul olunması isə ikinci istiqamət olaraq azad sahibkarlığın dəstəklənməsi üçün çox önəmlidir. Ümumiyyətlə ölkədə sahibkarlığın inkişafı üçün son dərəcədə önəmli olan qanunvericilik bazasıdır” .

E.Əmirli bildirib ki, sahibkarlar azad, rəqabətli bir mühit, əlverişli qanunvericilik bazası istəyir.
“Bütün bunlarla yanaşı sahibkar istəyir ki, az vergi ödəsin. Amma iqtisadiyyatın özünün də zəruri tərəfləri var. Hər bir tərəf kombinə olunmuş şəkildə, vahid bir orqanizm kimi idarə olunmalıdır. Burada təkcə sahibkarın istəyi ilə hərşeyin yaradılması mümkün deyil və yaxud dövlətin istəyi ilə hərşeyin olması mümkün deyil. Burada birgə qarşılıqlı ümümi iqtisadi sistemi inkişaf etdirən şərtlər şəraitində inkişaf mümkündür.
Sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsi müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilir. Bunlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyini göstərə bilərik ki, o yaradılarkən məhz kiçik və orta biznesin inkişafına dair dövlət siyasətinin həyata keçirilməsi məqsədi güdülmüşdü. Nəzər saldıqda bu qurumun fəaliyyətinin uğurlu olduğunu qeyd edə bilərik” .

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Paylaş:
424

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”Bu gün, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTOBu gün, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər