23 yaşlı qız salonun kassasından 800 manatlıq əskik olduğuna görə intihar etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

23 yaşlı qız salonun kassasından 800 manatlıq əskik olduğuna görə intihar etdi – FOTO

14:55 - 24 / 04 / 2019
23 yaşlı qız salonun kassasından 800 manatlıq əskik olduğuna görə intihar etdi – FOTO

Bakının Yasamal rayonunda özünü 7-ci mərtəbədən atan 23 yaşlı qızın cənazəsi ailəsinə təhvil verilib.

1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızı gözəllik salonlarından birində qəbul şöbəsində işləyib. Bir müddət əvvəl salonun kassasından 800 manatlıq əskik aşkarlanıb. Gözəllik salonunun Rəna adlı sahibəsi bu itkiyə görə Firuzə Dadaşovanı günahlandırıb, ondan zərərin ödənilməsini tələb edib. Rənanın tələbləri aqressiv xarakter daşıyıb, hədə-qorxu və aşağılayıcı hərəkətlərlə müşayiət olunub. Rəna Firuzə Dadaşovaya məxsus qızıl-zinət əşyalarını və mobil telefonunu əlindən alıb, kassadakı əskik məbləğ yerinə qoyulmayınca qaytarmayacağını bildirib. O, tez-tez Firuzə Dadaşovanın Yeni Yasamalda yaşadığı mənzilə gəlir, ailə üzvləri ilə konflikt yaradırmış.

Aprelin 22-də Rənanın növbəti gəlişindən və dava-dalaşından sonra Firuzə özünü yaşadığı evin eyvanından atmaq istəyib. Lakin atası qızının bu cəhdinə mane olub. Qızın psixoloji durumuna və emosional davranışlarına baxmayaraq, Rəna aprelin 23-də yenə onların qapısını döyüb. Həmin axşam Firuzə atasına "Məni bağışla” deyərək, özünü eyvandan atıb. Atası qızına çata bilsə də, onu tutub saxlaya bilməyib. Yerə çırpılan qız dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Firuzə Dadaşova nişanlanmağa hazırlaşırmış və ailələr arasında razılıq əldə olunubmuş.

BakuPost

S.Xankişiyeva

 

Paylaş:
1034

Son xəbərlər

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29
Bütün xəbərlər