8K texnologiyalı Samsung QLED TV – xəyal etdiyiniz təsvirdən daha real | 1news.az | Xəbərlər
İqtisadiyyat

8K texnologiyalı Samsung QLED TV – xəyal etdiyiniz təsvirdən daha real

10:00 - 22 / 02 / 2019
8K texnologiyalı Samsung QLED TV – xəyal etdiyiniz təsvirdən daha real

Ən sevdiyiniz kitab hansıdır? Bədii əsərin səhnələrinin xəyalınızda canlandırdığınız o unudulmaz hissləri xatırlayırsınız?

Hər sətir parlaq rənglərə boyanaraq real həyatda baş verdiyi kimi canlanır. Televizor ekranları təsviri çox vaxt olduğu kimi ötürə bilmədiyindən, biz adətən ekranlaşdırılan əsərdən istədiyimiz duyğunu  ala bilmirik. Lakin QLED texnologiyası üzrə istehsal olunmuş yeni 8K Samsung Q900R televizorları sayəsində real görüntüyə maksimal dərəcədə bənzər təsvir əldə edəcəksiniz.

8K standartına uyğun displeylər 7680 × 4320 icazəlidir. Belə bir ekranda adi FullHD icazəli displeydən 16 dəfə daha çox piksel əks etdirilir. Piksellərin sayı nə qədər çox olursa, görüntünü təşkil edən və hər bir rəng çalarını nəzərə alan nöqtələr bir o qədər çox olur.

Həmçinin, yeni prosessor istənilən kontenti 8K keyfiyyətinə qədər yüksəltməyə qadirdir. Bunun üçün sistem süni zəka üzərində işləyən xüsusi Quantum Processor 8К prosessorundan istifadə edir. Sadə dildə desək, burada televizor Samsung-un təqdim etdiyi «8K AI Upscaler» miqyaslı funksiyasının köməyi ilə təsviri “uzadır”. Miqyas mexanizmi təsviri təhlil edərək, onu ilkin götüntü qarışıqlığından ayırır. Ardınca, bu texnologiya “əsas görüntünü” dəqiqləşdirir, yəni HD formatlı təsvirin daha aydın, tam, sıx və üçfəzalı görünməsi üçün tələb olunan 30 milyon pikseli təyin edir. Sonda isə sistem avtomatik təhlil nəticəsində təsvirin 8K keyfiyyətli görüntüyə keçirilməsi üçün “əskik olan” nöqtələri əlavə edir.

Həmçinin, Samsung QLED TV 8K HDR10+ texnologiyasını dəstəkləyir. Bu texnologiya təsvirin qaranlıq hissələrini işıqlandıraraq görüntünü daha parlaq etməyə imkan yaradır. 4000 kd/m2 qədər dəyişən bu parlaqlıq hətta müasir televizorlar üçün belə son dərəcə yüksək göstəricidir.

Müasir və qabaqcıl texnologiyaların təcəssümü olmasına baxmayaraq yeni QLED televizorları sadə qara haşiyəyə alınmış böyük ekran və yanlarda quraşdırılmış incə dayaqlarla  ifadə olunan  minimalistik üslubda ərsəyə gətirilmişdir.

Həmçinin, bu modellər hətta siz televizoru istifadə etmədiyiniz halda, onu interyerin bir hissəsinə çevirən Ambient Mode rejimini dəstəkləyir.

Samsung Qled 8K televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
707

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər