1news.az

“AA” seriyalı avtomobil piyadaların yolunu kəsdi – FOTO

19 Oktyabr saat 14:10 ~ 1 dəqiqəlik oxu 116
“AA” seriyalı avtomobil piyadaların yolunu kəsdi – FOTO

“AA” seriyalı nömrə nişanlı avtomobillərin sürücülərinin qaydanı pozması halların tez-tez rast gəlinir. Bu dəfə isə həmin avtomobillərdən biri piyada səkisini zəbt etdi.

1news.az-ın Bizimyol.info-ya istinadla verdiyi xəbərə görə, Bakının Fikrət Əmirov küçəsi 13 ünvanında, piyada səkisində “Mercedes – Benz” markalı “Maybach S S600” model, 01 AA 900 dövlət nömrə nişanlı avtomobil qanunsuz olaraq park edib. Nəticədə piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb.

Qeyd edək ki, hazırda “AA” nömrə nişanlı avtomobillər həm özəl, həm də dövlət sektoruna məxsusdur.

Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, bu dövlət nömrə nişanlı avtomobil onların balansında deyil.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net