ABŞ-Azərbaycan Ticarət Palatasında Azərbaycan icması üçün brifinq keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ-Azərbaycan Ticarət Palatasında Azərbaycan icması üçün brifinq keçirilib

09:31 - 14 / 01 / 2019
ABŞ-Azərbaycan Ticarət Palatasında Azərbaycan icması üçün brifinq keçirilib

Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənddəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair “Bakı-Boston Startap Veb Konfransı 1.0.” keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, konfransda İsrailin Nyu-İnqlənddəki Baş konsulluğunun İqtisadi məsələlər şöbəsinin direktoru Ostin Sadağatpur Azərbaycan startaplarına Boston və ümumilikdə, ABŞ biznes mühitinin xüsusiyyətlərindən danışıb. O, israillilərin Boston şəhəri ilə yaratdığı biznes əlaqələri barədə məlumat verib.

Qeyd edək ki, Boston ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.

Müstəqil araşdırmalara görə, israillilərin qurduqları biznes Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcıdır. Yalnız 2015-ci ildə bu şirkətlər 9.3 milyard ABŞ dolları həcmində iqtisadiyyata birbaşa gəlir qazandırıb. Ştat iqtisadiyyatına ümumi təsirləri isə 18.1 milyard ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində bu şirkətlər 1.2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olub.

1news.az

Paylaş:
606

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər