ABŞ-da qalmaqal: Tramp pornoulduza 130 min dollar ödəyib – FOTO
ABŞ prezidenti Donald Trampla bağlı şok iddia ortaya çıxıb.
İddialara görə, Trampın 2006-cı ildə “Fırtınalı Deniels” ləqəbli pornoulduz Stefani Kliffordla münasibəti olub. 2016-cı ildə ABŞ-da seçki kampaniyasının qızğın şəkildə davam etdiyi bir vaxtda Tramp əlaqələri gizli saxlaması üçün pornoulduza 130 min dollar ödəyib.
Bu ödəmənin qəbzlərinin olduğu da irəli sürülür. Lakin Ağ Ev bu məlumatların yalan olduğunu açıqlayıb.
Vəkil Mayl Koen qəzet redaksiyasına verdiyi açıqlamada bir daha Trampın Danielslə hər hansı əlaqələrinin olmadığını əmin edib. Bununla belə, ödəniş barədə yayılan məlumatı təkzib etməyib.
Məşhur pornoulduz isə qeyd edib ki, Trampla tanış olduqda o, mənimçün peşəkar və qüsursuz centlmen idi:
“Əgər onunla münasibət yaşasaydım, bunu xəbərlərdən deyil, kitabımdan oxuyardınız”.
S.Xankişiyeva