ABŞ-ın Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilib

09:20 - 14 / 06 / 2019
ABŞ-ın Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilib

Milli Oklahoma ştatının qubernatoru Rebin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-cü ildönümü, diplomatik xidmətin 100 illiyi, NATO ilə əməkdaşlığın 25 illiyi, Azərbaycan və Oklahoma ştatı arasında 16 il davam edən Dövlət Tərəfdaşlıq Proqramı ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

1news.az-ın məlumatına görə, bəyannamədə 1917-ci il inqilabından sonra - 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etməklə parlamentli respublika yaratdığı bildirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən 1920-ci ildə sovetlər birliyinin tərkibinə daxil edildiyi və 1991-ci il oktyabrın 18-də yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Bu qısa dövrdə Azərbaycan qadınların roluna və hüquqlarına böyük əhəmiyyət verərək bu sahədə bir sıra mühüm dəyişikliklər etdiyini və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunur.

Azərbaycanın 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilməsi və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanması diqqətə çatdırılır.

Sənəddə 2001-ci il sentyabrın 11-dən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanır. Həmçinin Azərbaycanın 2003-cü ildə imzalanan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbii qaz və kənd təsərrüfatı sahələrində tərəfdaş olduğu bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycan sülh, firavanlıq, təhlükəsizlik və sabitlik sahələrində regionda özünü lider ölkə olaraq təsbit edib. Ölkə rəhbərliyi enerji resurslarının şaxələndirilməsinə, tədqiqat, yardım və imkanlara böyük əhəmiyyət verir. Qeyd olunur ki, Azərbaycan dost, müttəfiq və tərəfdaş ölkədir.

Qeyd edək ki, Azərbaycan Oklahoma Milli Qvardiyası ilə 15 ildən çoxdur əməkdaşlıq edir. Bu bəyannamə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi və diplomatik xidmətin 100 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən nümayəndə heyəti tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.

1news.az

Paylaş:
537

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15
Bütün xəbərlər