Məşhur oteldə 21 yaşlı qızın öldürülməsinin səbəbi məlum oldu - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur oteldə 21 yaşlı qızın öldürülməsinin səbəbi məlum oldu - YENİLƏNİB

15:29 - 24 / 09 / 2018
Məşhur oteldə 21 yaşlı qızın öldürülməsinin səbəbi məlum oldu - YENİLƏNİB

Dünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə,Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

13:06

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda “Oskar” otelində baş vermiş qətllə bağlı məlumat yayıb.

1news.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,  sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

“İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

1news.az

11:53

Abşeron rayonunda oteldə qətl baş verib.

1news.az “report”a istinadla xəbər verir ki, “Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı Aysel Orucovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.

1news.az

 

 

Paylaş:
9105

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər