“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı – FOTO

16:40 - 15 / 02 / 2019
“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı – FOTO

Dünyanın aparıcı kompüter istehsalçılarından olan “Acer” şirkəti 12-14 fevral tarixlərində Təhsil Nazirliyinin “SABAH” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.

“Acer” şirkəti sözügedən müsabiqənin tərəfdaşı qismində çıxış edirdi.

Müsabiqənin məqsədi ümumi təhsilin inkişafı, 9-10-cu sinif şagirdlərini elmi və yaradıcılıq faəliyyətlərinə təşviqi, həmçinin, elmi tədqiqatlara həvəsi olan və istedadlı məktəblilərin seçilməsi idi. Müsabiqədə riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, ekologiya və ətraf mühitin idarə olunması, tibb və sağlamlıq, mühəndislik və kompüter elmləri sahəsində 187 elmi layihə təqdim edən 300-dən çox məktəbli iştirak edib. Müsabiqənin nəticələrinə görə, ABŞ-da keçiriləcək İSEF elmi-texniki yarmarkasına göndəriləcək 5 qalib müəyyənləşdi. Bundan əlavə, ən parlaq layihələrin qaliblərinə diplomlar və “Acer Extensa” noutbukları təqdim olundu.

“Sabahın alimləri” müsabiqəsi məktəblilərin gələcək inkişafına, karyera artımına və yeni perspektivlərə güclü bir təkandır. Bizim missiyamız yerli, eyni zamanda beynəlxalq bazarlara yeni fikirlər və həllər gətirən istedadları müəyyənləşdirməyə kömək etməkdir. “Acer”in dinamik və interaktiv öyrənmə mühitinə dəstək vermək üçün hazırlanmış unikal proqram təminatı ilə tamamlanan geniş məhsul çeşidi hər mərhələdə, hətta məktəbdən kənar mühitdə öyrənməyə imkan verir”, - deyə Acer şirkətinin vitse prezidenti Qriqoriy Nizovskiy bildirib.

Şirkətin aparat həllərinə tabletlər, “ikisi birində” tipli cihazlar, noutbuklar, masaüstü kompüterlər, monitorlar, proyektorlar və s. daxildir.

Qeyd edək ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Təhsil İşçilərinin Müstəqil Həmkarlar İttifaqı tərəfindən dəstəklənir.

“Acer” şirkəti haqqında:

1976-cı ildə təsis olunan “Acer” şirkəti İT-xidmətlərin göstərilməsi və apparat və proqram təminatının istehsalında ixtisaslaşıb. Şirkət istifadəçinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə innovasiya məhsullarının tədqiqatı, hazırlanması, marketinqi, satışı və xidmətin göstəriləməsi ilə məşğuldur. “Acer”in məhsulları sırasında fədri kompüterlər, proyektorlar, serverlər, planşetlər, smartfonlar və daşıyıcı qurğular yer alır. Şirkət, həmçinin, əşyaların internetini vahid bir yerdə toplayan bulud həlləri üzərində işləyir. 2016-cı ildə 40-illik yubileyini qeyd edən “Acer” hazırda fərdi kompüter istahsalı üzrə dünyanın 5 ən iri şirkəti sırasındadır. 160-dan çox ölkədə təmsil ounan “Acer” şirkətində 7 000 işçi çalışır. Ətraflı məlumat üçün: www.acer.com

Reklam hüququnda

 

Paylaş:
728

Son xəbərlər

Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44
Bütün xəbərlər