Adnan Oktarın şəbəkəsi barədə yeni faktlar – FOTO
Adnan Oktar həbs edildikdən sonra Türkiyə mətbuatına onun şəbəkəsi barədə şok faktlar üzə çıxıb.
1news.az-ın Ölkə.Az-a istinadla verdiyi xəbərə görə, Adnan Oktar 1999-cu ildə ilk dəfə saxlanılanda polisə ifadə verib və şəbəkəsinin cinsi əlaqə və şantaj üzərində qurulduğunu etiraf edib.
Adnan Oktarın cinayət şəbəkəsi belədir:
İmamlar
Bahadır Güvən, Fırat Dəvəlioğlu, Xəlil Hilmi Müftüoğlu, Əmrə Nil. Bu imamlar baş imamın fətvasını şəbəkə üzvlərinə çatdırıb tətbiq edilib-edilməməsinə nəzarət edirlər. Baş imamla sadəcə onlar görüşə bilərlər.
Qardaşlar
Qruplaşmanın ictimaiyyətlə əlaqələr şöbəsidir. Hamısı kişi müridlərdir. Kitabların nəşri, şantaj kasetləri, mətnlərin hazırlanması, paylanması, iclasların keçirilməsi onların vəzifələridir.
Bacılar
Qadın müridlərdir. Qruplaşma içində dərəcə alan, təhsilini başa vuran, Adnan Oktar tərəfindən imam kimi qəbul edilən qadınlardır. Qardaşlarla eyni vəzifələri bölüşürlər. İstədikləri kişi müridlərlə yatağa girirlər. Keçmiş model Gülay Pınarbaşı da qruplaşmanın bacılarındandır.
Sınanılan, heç vaxt bacı olmayacaqlarına qərar verilən qadınlar
Qruplaşma içində yataq partnyorunu seçmə şansları var. Qardaş və bacıların təlimatlarını yerinə yetirirlər.
Mühərriklər
Qruplaşmanın ən aşağı təbəqəsidir. İmamlar və qardaşlar istədikləri vaxt onlarla cinsi əlaqəyə girə bilərlər. Etiraz hüquqları yoxdur. Cariyəliyə və bacılığa yüksələ bilərlər.
Şahidsiz cinsi əlaqə qadağandır
İmamlar və qardaşlar qruplaşmadan bir qadınla cinsi əlaqəyə girəndə mütləq şahid nəzarətində olmalıdırlar. Cinsi əlaqəni izləyən şahid Adnan Oktarın fətvasına uyğun olaraq oral və ya anal cinsi əlaqə olub-olmadığını yoxlayır. Sadəcə Adnan Oktar şahidsiz cinsi əlaqəyə girir. Yeni gələn mühərriklərdən imamların bəyəndiyi qadınlar Adnana aparılır.
“Kediciklərin” hocası Adnan Oktar kimdir? – FOTO – VİDEO
Adnan Oktar və tərəfdarları həbs edildi
S.Xankişiyeva