Ağdaşda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu təmir edilir – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağdaşda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu təmir edilir – VİDEO

19:31 - 19 / 03 / 2018
Ağdaşda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu təmir edilir – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılan 63 kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Ağdaş rayonunda daha bir avtomobil yolu əsaslı şəkildə bərpa olunur.

1news.az-ın Agentliyə istinadən verdiyi xəbərə görə, uzunluğu 27 kilometr olan Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

“Sözügedən yolun neçə ildən sonra əsaslı şəkildə və sürətlə bərpa olunması yol boyu 7 yaşayış məntəqəsinin 13 minə yaxın əhalisinin ürəyincə olub. Çünki yol istismar üçün artıq yararsız vəziyyətə düşmüşdü. Bu isə gediş-gəlişdə problemlər yaradırdı”- deyə, məlumatda vurğulanıb.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr qazılara çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərin həcmi 75 min kubmetr təşkil edir. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə 227 min kvadratmetr sahədə normativ qalınlıqlarda karxana çınqılı və optimal qum-çınqıl qarışıqlarından istifadə olunmaqla yol əsasının inşası işləri aparılacaq. Layihədə daha sonra isə asfaltlanma işlərinə başlanılması və paralel olaraq yol çiyinlərinin bərkidilməsi işləri də nəzərdə tutulub.

Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız 102 paqon-metr körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması, həmçinin uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşmüş və  istismar üçün yararsız vəziyyətə düşmüş boruların yeniləri ilə əvəz olunması və zəruri nöqtələrdə yenilərinin quraşdırılması nəzərdə tutulan işlərdəndir. Bu çərçivədə 620 paqon-metr uzunluğa malik müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.

“Texnoloji ardıcıllığa uyğun olaraq tikinti işlərinin sonuncu mərhələsində 259 ədəd yol nişanı və məlumatverici lövhənin, 340 ədəd siqnal dirəyinin quraşdırılması, 79 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə tam yeni və müasir yol infrastrukturunun yaradılmasından sonra yol boyu yaşayan vətəndaşların istər M4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yoluna, ordan da M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların rayon mərkəzi və qonşu rayonlar da daxil respublikanın istənilən istiqamətinə rahat gediş-gəlişi təmin olunacaq. Ən əsası yol boyu yetişdirilən məhsullar tez və xarab olmadan istehlakçıya çatdırılmaqla vətəndaşların sosial rifah halı yüksələcək”- deyə, məlumatda vurğulanıb.

1news.az

Paylaş:
671

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər