Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin tarixi açıqlanıb
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi 2-3 oktyabr tarixlərində keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanksuskas deyib.
Onun sözlərinə görə, danışıqlar Brüsseldə baş tutacaq. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edəcək.
P.Sultanova
576