Aleksandr Duqin: Beş rayonun Azərbaycana qaytarılması ilə bağlı razılıqlar mövcuddur | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Duqin: Beş rayonun Azərbaycana qaytarılması ilə bağlı razılıqlar mövcuddur

10:21 - 15 / 03 / 2018
Aleksandr Duqin: Beş rayonun Azərbaycana qaytarılması ilə bağlı razılıqlar mövcuddur

Dağlıq Qarabağ problemi – erməni və Azərbaycan xalqlarının ortaq problemidir. Bu, təkcə dövlətlər arasında deyil, xalqlar arasında münasibətdir.

Bu haqda erməni KİV-ə müsahibə verən “Beynəlxalq Avrasiya Hərəkatının” rəhbəri, politoloq Aleksandr Duqin bəyan edib.

Onun sözlərinə görə, belə olanda halda Azərbaycan tərəfindən Türkiyənin iştirakı, Ermənistan tərəfindən İranın iştirakı, hər iki tərəfdən isə Rusiyanın iştirakı prinsipcə, işləyə bilər.

“Ən başlıcası isə bu məsələdən Qərbi uzaqlaşdırmaqdır. Qərb regionun problemini anlamır və öz milli problemlərini həll etməyi bacarmadığı halda, heç bir işə yaramayan standartları ilə kənardan müdaxilə edir.

Lakin Rusiya, Türkiyə və İran kimi çoxmillətli avrasiya dövlətləri xalqlar və dinlərarası əlaqəyə malik olaraq, belə məsələlərdə bir-birini tamamlaya bilər.

Nümunə üçün Rusiya – təkcə xristian ölkəsi deyil. Bəli, biz provaslav ölkəyik, lakin ölkəmizdə çoxlu sayda müsəlmanlar yaşayır. Buna görə də müsəlmanlara düşmən kimi baxa bilmərik.

Türkiyə və İran müsəlman ölkələridir. Lakin Türkiyə ilə azərbaycanlılar milli zəmində, İran isə erməni icmaları ilə tarixi köklərdən bərabərdir. Bununla yanaşı, İranda Cənubi Azərbaycan problemi də var.

Beləliklə, bu münaqişədə, bu üçbucaqda istənilən ölkənin öz maraq və prioritetləri var. Bu ölkələrin birləşməsi və məsələyə daha diqqətli yanaşması Qarabağ probleminin həllinə nail olmaq mümkündür. Belə ki, rayonların azad edilməsi alqoritmi artıq seçilib.

Bir çoxları bunu Qarabağın qaytarılması kimi şərh edir, lakin bu, belə deyil. Məsələ başqadır: söhbət İrəvanla Bakı arasında kostruktiv dialoqdan gedir. Başa düşürəm ki, istər İrəvanda, istərsə də Bakıda “kostruktiv dialoq” ifadəsindən təlaş yaranır, bu, anlaşılandır. Bu, çox həssas mövzudur”.

Duqin qeyd edib ki, kostruktiv dialoqun başlanmasını istəyir:

“Azərbaycanın beş və ya yeddi rayonunun erməni tərəfindən qaytarılması xoş niyyətin nümayişi olmaqla yanaşı, vəziyyətin yumşalması üçün həlledici addım ola bilər. Bundan sonra münaqişənin hərbi təhlükəsi də azala bilər”.

Ekspert beş rayonun verilməsilə bağlı müqavilənin olmasının əminliyini bildirib:

“Bu haqda üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan prezidentləri bildirib. Lakin bu üç ölkədə məsələyə müxtəlif cür yanaşılır. Azərbaycan mətbuatında məsələ bədxahlıq kimi müzakirə olunaraq, qələbə kimi qiymətləndirilir. Erməni mətbuatında isə xəyanət hesab olunur, Rusiya mətbuatı üçün tamamilə əhəmiyyətsizdir”.

2018-ci ildə hərbi müdaxilə riskinin artması ilə bağlı ABŞ-ın Milli Kəşfiyyat İradəsinin rəhbərinin “Təhlükənin qlobal qiymətləndirilməsi” adlı hesabatı ilə bağlı sualı cavablandıran Duqin bu cür təhlükənin ola biləcəyini qeyd edib:

“Təəssüflər olsun ki, ən böyük risk var – bu da Amerika tərəfinin ifadə etdiyi təhlükədir. Belə bir anlam var – idrak və ya informasiya müharibəsi. Əgər kimsə söyləyirsə ki, bu münaqişə yaxın zamanlarda başlayacaq, informasiya eramızda hər kəs bunu başlanacağını gözləyir”.

Duqin xatırladıb ki, Suriya münaqişəsinin başlanğıcında Hələbdə “Əl-Cəzirə”nin efirində etiraz aksiyaları nümayiş olunub, lakin mahiyyət etibarilə belə olmayıb. Buna baxmayaq bu kadrlar öz rolunu oynadı:

“Televiziyada nümayişlər göstərildiyinə baxmayaq, insanlar küçələrə çıxaraq elə həmin meydanların boş oluğunu görür. Lakin meydanlara gələn insanlar buranın dolu olduğunu görür. Həqiqət də isə televiziyada Qahirənin Təhrir meydanında baş verən hadisələrin kadrlar göstərilib. Yəni əvvəl informasiya yaranır, sonra təhlükə, bundan sonra isə hadisələr baş verir.

Ən böyük təhlükə isə bu münaqişə Amerikaya Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasəti etibardan salmaq üçün sərfəlidir.

Nə ermənilər, nə də azərbaycanlılar Amerika üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar bu xalqları xəritədə şərti olaraq qəbul edilər. Düşünürəm ki, təhlükə var, lakin təkrar edirəm, bundan qaçmaq planları da var”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
733

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər